Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli cənab Prezident!
Sizə və xalqınıza Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən xoş arzularımı bildirmək istərdim.
Azərbaycan iqtisadi və sosial inkişaf istiqamətində
mühüm irəliləyiş əldə
etmiş, geniş bir regionda lider
dövlətə çevrilmişdir. Bu prosesin bundan sonra da sürəti
dayandırmadan davam etməsini arzulayıram.
Macarıstanın ölkələrimiz arasında
strateji tərəfdaşlığın
inkişafına sadiq qaldığını təsdiq
etmək istərdim.
Sizə məsul dövləti fəaliyyətinizdə uğurlar
və möhkəm cansağlığı, Azərbaycan
xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
Yanoş ADER,
Macarıstan
Respublikasının Prezidenti
Azərbaycan. - 2015.- 31 may.- S.2.