Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi ilə Türkiyə
Respublikasının Gömrük və
Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə
Birgə Komitənin yaradılması haqqında Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkiyə Respublikasının Gömrük və Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə Birgə Komitənin yaradılması haqqında 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 may 2015-ci il
Azərbaycan. - 2015.- 31 may.- S.2.