Azərbaycan Respublikasının Mərkəzi
Bankı yanında Maliyyə Monitorinqi Xidməti
ilə Makedoniya Respublikasının Maliyyə
Kəşfiyyatı Ofisi arasında cinayət
yolu ilə əldə edilmiş
pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılması və terrorçuluğun
maliyyələşdirilməsi ilə əlaqədar maliyyə
məlumatlarının mübadiləsi sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ilə Makedoniya Respublikasının Maliyyə Kəşfiyyatı Ofisi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar maliyyə məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığa dair 2015-ci il aprelin 14-də Strasburq şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Makedoniya Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 may 2015-ci il
Azərbaycan. - 2015.- 31 may.- S.2.