“Texnologiyalar
Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 192
Bakı şəhəri, 15 may 2015-ci il
“Texnologiyalar
parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının
4.1.6-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Texnologiyalar Parkının Ekspertlər Şurası
haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 15 may
tarixli 192 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Texnologiyalar Parkının Ekspertlər
Şurası haqqında
ƏSASNAMƏ
1.
Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Texnologiyalar
parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanının
4.1.6-cı yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə hazırlanmışdır və həmin
Fərmanla təsdiq edilmiş “Texnologiyalar parkı haqqında
Nümunəvi Əsasnamə”nin (bundan sonra – Nümunəvi
Əsasnamə) 8.7-ci bəndinə əsasən
yaradılan texnologiyalar parkının
(bundan sonra – texnopark) ekspertlər şurasının (bundan
sonra – Ekspertlər
Şurası) vəzifələrini, hüquqlarını və
fəaliyyətinin təşkili qaydalarını müəyyən
edir.
1.2. Bu Əsasnamədə istifadə
olunan anlayışlar Nümunəvi Əsasnamədə nəzərdə
tutulmuş mənaları ifadə edir.
1.3. Ekspertlər Şurası
texnoparkın səlahiyyətli orqanı (bundan sonra – səlahiyyətli
orqan), dövlət elm və təhsil müəssisəsinin
yanında yaradılan texnoparklarda isə həmin müəssisə
(bundan sonra - dövlət elm və təhsil müəssisəsi)
tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət
göstərir.
1.4. Ekspertlər Şurası öz
fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyinə, Nümunəvi Əsasnaməyə, həmçinin
bu Əsasnaməyə uyğun həyata keçirir.
1.5. Ekspertlər Şurası öz
fəaliyyətini səlahiyyətli orqanın (dövlət
elm və təhsil müəssisəsinin) struktur bölmələri, tabeliyində
olan hüquqi şəxs statuslu qurumlar, texnoparkın idarəedici
təşkilatı (bundan sonra – idarəedici təşkilat),
dövlət və özəl şirkətlər, elm və təhsil
müəssisələri ilə əlaqəli şəkildə
qurur.
2. Ekspertlər
Şurasının məqsədi, əsas vəzifələri
və hüquqları
2.1. Ekspertlər Şurası
texnologiyalar parkında texnoparkın rezidenti kimi qeydiyyata
alınması ilə əlaqədar müraciət etmiş ərizəçilər
(bundan sonra – ərizəçi) tərəfindən təqdim
olunan innovasiya və ya yüksək texnologiya layihəsinin
(bundan sonra – innovasiya layihəsi) qiymətləndirilməsi və
müvafiq rəyin hazırlanması, layihələrin, elmi tədqiqatların
və təcrübə-konstruktor işlərinin həyata
keçirilməsi, innovasiya məhsulunun hazırlanması və
ya işlənməsi sahəsində nailiyyətlərin və
qabaqcıl təcrübənin öyrənilməsi və
onların tətbiqinə dair təkliflərin
hazırlanması məqsədi ilə yaradılır.
2.2. Ekspertlər Şurasının əsas vəzifələri
aşağıdakılardır:
2.2.1. ərizəçilərin innovasiya layihələrinə
dair rəy vermək;
2.2.2. texnoparkda hazırlanmış
texnologiyaların, elmi nəticələrin və innovativ məhsulların
tətbiqi və istehsalı ilə əlaqədar
texniki-iqtisadi əsaslandırmalara rəy vermək;
2.2.3. səlahiyyətli orqan (dövlət elm və təhsil
müəssisəsi) və idarəedici təşkilat tərəfindən
müəyyən edilən digər vəzifələri icra
etmək.
2.3. Ekspertlər Şurası öz vəzifələrini həyata
keçirmək üçün aşağıdakı
hüquqlara malikdir:
2.3.1. texnoparkın ixtisaslaşmış fəaliyyət
sahəsinin inkişafı və təkmilləşdirilməsi
üzrə səlahiyyətli orqana (dövlət elm və təhsil
müəssisəsinə) və idarəedici təşkilata təkliflər
vermək;
2.3.2. səlahiyyəti daxilində dövlət
qurumlarından, elm və təhsil müəssisələrindən
müəyyən olunmuş qaydada zəruri məlumatlar almaq;
2.3.3. innovasiya layihələrinin ətraflı
ekspertizasına ehtiyac olduğu təqdirdə,
ixtisaslaşmış mütəxəssisləri (ekspertləri)
cəlb etmək.
3.
İnnovasiya layihələrinin qiymətləndirilməsi
qaydaları
3.1.
Ərizəçilərin innovasiya layihələrinin qiymətləndirilməsi
idarəedici təşkilata təqdim olunan layihələrin
Nümunəvi Əsasnamənin 8.8-ci bəndi ilə müəyyən
edilmiş meyarlara uyğun olub-olmamasına dair müvafiq rəyin
hazırlanmasından ibarətdir.
3.2.
İnnovasiya layihələrinin Ekspertlər Şurası tərəfindən
qiymətləndirilməsi bu Əsasnamənin 5-ci hissəsinə
uyğun qaydada ekspertlərin əyani və ya qiyabi
iştirakı ilə həyata keçirilir.
3.3.
Ekspertlər Şurası innovasiya layihələri haqqında ətraflı
məlumat almaq, layihənin perspektivini və səmərəliliyini
düzgün qiymətləndirmək məqsədi ilə kənar
mütəxəssislərin və ixtisaslaşmış
qurumların rəylərini öyrənir, ərizəçilərlə
görüşlər keçirir.
3.4.
İnnovasiya layihəsinin qiymətləndirilməsinə dair
Ekspertlər Şurasının rəyi Şuranın
iclaslarının qərarı ilə təsdiq olunur və
Nümunəvi Əsasnamənin 8.3-cü bəndində nəzərdə
tutulan qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci
iş günündən gec olmayaraq, yazılı və
elektron formalarda idarəedici təşkilata təqdim edilir.
4. Ekspertlər
Şurasının tərkibi və fəaliyyətinin əsasları
4.1.
Ekspertlər Şurası dövlət orqanlarının, elm,
təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının
nümayəndələri, müstəqil yerli və xarici
ekspertlərin iştirakı ilə 7 (yeddi) nəfərdən
ibarət tərkibdə təşkil edilir.
4.2.
Ekspertlər Şurasının fəaliyyətinin lazımi səviyyədə
təşkil edilməsi səlahiyyətli orqan tərəfindən
təmin olunur və Ekspertlər Şurasının üzvlərinin
vəzifələrinin və hüquqlarının həyata
keçirilməsi üzrə yaranan maliyyə xərclərini
idarəedici təşkilat ödəyir.
4.3.
Ekspertlər Şurasının tərkibi səlahiyyətli
orqan tərəfindən təsdiq edilir. Ekspertər
Şurasının üzvlərinin səlahiyyət müddəti
2 (iki) ildir. Ekspertlər
Şurasının üzvləri növbəti müddətlərə
yenidən təyin edilə bilərlər. Ekspertər Şurasının hər hansı
üzvü (üzvləri) istənilən səbəbdən
Ekspertlər Şurasının işində iştirak edə
bilmədikdə və ya Ekspertlər Şurasının sədrinin
təqdimatına əsasən Ekspertlər Şurasının
tərkibindən kənarlaşdırıldıqda, səlahiyyətli
orqan onun əvəzinə yeni üzv (üzvlər) təyin
edir və bu təyinat barədə Ekspertlər
Şurasının sədrini və idarəedici təşkilatı
xəbərdar edir.
4.4.
Ekspertlər Şurasının üzvlərinin
aşağıdakı hüquqları vardır:
4.4.1.
Ekspertlər Şurasının səlahiyyətlərinə
aid məsələlərin həllində iştirak etmək;
4.4.2.
Ekspertlər Şurasının iclasının gündəliyi
ilə və baxılması nəzərdə tutulmuş
materiallarla əvvəlcədən tanış
olmaq;
4.4.3.
Ekspertlər Şurasında baxılan məsələlərə
dair fikir söyləmək;
4.4.4.
Ekspertlər Şurasının səlahiyyətlərinə
aid məsələlərə Ekspertlər
Şurasının iclaslarında baxılması barədə
təkliflər vermək;
4.4.5.
Ekspertlər Şurasının qərarları,
iclaslarının protokolları və digər sənədlərlə
tanış olmaq.
4.5.
Ekspertlər Şurasının üzvləri:
4.5.1.
Ekspertlər Şurasının iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşır;
4.5.2.
Ekspertlər Şurasının iclaslarını üzrsüz
səbəbdən buraxmır;
4.5.3.
Ekspertlər Şurasının üzvünün adına xələl gətirə biləcək
hərəkətlərə və çıxışlara
yol vermir;
4.5.4.
Ekspertlər Şurasında baxılan məsələlər
haqqında qərar qəbul edilənədək, məsələnin
mahiyyətinə dair ictimaiyyət qarşısında fikir
söyləmir, innovasiya layihəsinin
konfidensiallığını təmin edir.
4.6.
Ekspertlər Şurasının üzvü
aşağıdakı hallarda innovasiya layihəsinin qiymətləndirilməsində
iştirak edə bilməz:
4.6.1. qiymətləndirilən innovasiya layihəsinə
dair əmlak marağı olduqda;
4.6.2. innovasiya layihəsini təqdim edən ərizəçi
hüquqi şəxsin təsisçisi
(iştirakçısı) və ya idarəetmə
orqanlarının rəhbəri olduqda;
4.6.3. ərizəçi fiziki şəxsin yaxın
qohumu olduqda;
4.6.4. innovasiya layihəsinin əhatə etdiyi sahə
üzrə ərizəçinin rəqibi olduqda;
4.6.5. ərizəçi ilə əmək
münasibətlərində olduqda;
4.6.6. təsisçisi (iştirakçısı) və
ya idarəetmə orqanlarının rəhbəri olduğu
hüquqi şəxs ərizəçi hüquqi şəxsin
törəmə (asılı) şəxsi olduqda.
4.7.
Ekspertlər Şurasına səlahiyyətli orqan tərəfindən
vəzifəyə təyin və azad edilən sədr rəhbərlik
edir.
4.8.
Ekspertlər Şurasının sədri:
4.8.1.
Ekspertlər Şurasının işini təşkil edir,
iclaslarını çağırır və iclaslara sədrlik
edir;
4.8.2. ərizəçinin təqdim etdiyi innovasiya
layihəsinin Nümunəvi Əsasnamənin 8.8-ci bəndində
nəzərdə tutulan meyarlara uyğun olub-olmamasına dair
Ekspertlər Şurasının rəyini təsdiq edir;
4.8.3.
Ekspertlər Şurasının iclaslarının
protokollarını imzalayır;
4.8.4.
Ekspertlər Şurasının üzvlərinin dəyişdirilməsinə
dair səlahiyyətli orqana təkliflər verir;
4.8.5. müstəqil ekspert kimi cəlb olunan mütəxəssislərlə
konfidensiallıq barədə müqavilə imzalayır və
onlar tərəfindən innovasiya layihələri barədə
məlumatların üçüncü şəxslərə
ötürülməməsini təmin edir.
4.9.
Ekspertlər Şurasının fəaliyyəti barədə
illik hesabat Ekspertər Şurasının sədri tərəfindən
hazırlanaraq, səlahiyyətli orqana və idarəedici təşkilata
təqdim edilir.
5. Ekspertlər Şurasının
iclasları
5.1.
Ekspertlər Şurasının iclasları innovasiya layihələri təqdim
olunduqda, habelə Ekspertlər Şurasının vəzifələrinin
icrası ilə bağlı zərurət yarandığı
hallarda keçirilir.
5.2.
Ekspertlər Şurasının
iclasları Şura üzvlərinin yarıdan çoxu
iştirak etdikdə səlahiyyətlidir.
5.3.
Ekspertlər Şurasının qərarları sadə
səs çoxluğu ilə qəbul
edilir. İclasda iştirak
edən Ekspertlər
Şurasının üzvlərinin səsləri bərabər
bölündükdə, Ekspertlər Şurasının sədrinin
səsi həlledici hesab edilir.
5.4. Ekspertlər Şurasının üzvü iclaslarda şəxsən iştirak etməlidir. Ekspertlər Şurasının üzvü iclasda iştirak edə bilmədiyi təqdirdə, o, bu barədə Ekspertlər Şurasının sədrini əvvəlcədən məlumatlandırmalıdır. İclasda birbaşa iştirak edə bilməyən Ekspertlər Şurasının üzvü layihənin qiymətləndirilməsində qiyabi şəkildə iştirak edə bilər. Bu məqsədlə üzv əsaslandırılmış rəyini yazılı və ya elektron şəkildə Ekspertlər Şurasının sədrinə Nümunəvi Əsasnamənin 8.3-cü bəndində nəzərdə tutulan qeydiyyat prosedurunun ümumi müddətinin on beşinci iş gününədək göndərir. Rəyini yazılı və ya elektron formada təqdim etmiş üzv Ekspertlər Şurasının iclasında iştirak etmiş hesab edilir və səsvermədə onun səsi nəzərə alınır.
5.5. Ekspertlər Şurasının iclaslarına sədrliyi Ekspertlər Şurasının sədri, iclasların təşkilini və işinin əlaqələndirilməsini isə Ekspertlər Şurasının katibi yerinə yetirir.
5.6. Ekspertlər Şurasının katibi Ekspertlər Şurasının üzvləri olan səlahiyyətli orqanın və idarəedici təşkilatın nümayəndələri arasından seçilir və səlahiyyətli orqanın Ekspertər Şurasının tərkibi haqqında əmri ilə təsdiq edilir.
5.7. Ekspertlər Şurasının iclaslarında müzakirə üçün məsələlərin hazırlanması Ekspertlər Şurasının katibi tərəfindən həyata keçirilir.
5.8. Ekspertlər Şurasının katibi zəruri hallarda idarəedici təşkilatın müvafiq struktur bölmələrinin rəhbərlərindən və kənar təşkilatların Ekspertlər Şurasının işinə cəlb edilmiş mütəxəssislərindən müzakirə olunan məsələyə (layihəyə) dair əlavə materialları tələb edir, o cümlədən Ekspertlər Şurasının üzvü (üzvləri) əcnəbi olduqda, innovasiya layihəsinin müvafiq dilə tərcümə olunmasını təmin edir, müvafiq mütəxəssisləri müəyyən olunmuş qaydada cəlb edir.
5.9. Ayrı-ayrı hallarda məsələlərin müzakirəyə hazırlanması Ekspertlər Şurası tərəfindən yaradılmış işçi qrupları tərəfindən həyata keçirilir.
5.10. Təqdim olunan innovasiya layihəsi 1 (bir) iş günü ərzində, Ekspertlər Şurasının iclasının gündəliyinin layihəsi isə iclasa ən geci 3 (üç) iş günü qalmış Ekspertlər Şurasının katibi tərəfindən baxılmaq üçün Ekspertlər Şurasının sədrinə və üzvlərinə təqdim olunur. Ekspertlər Şurasının sədri tərəfindən 1 (bir) iş günü müddətində razılaşdırıldıqdan sonra iclasın gündəliyi müəyyən olunmuş hesab edilir.
5.11. Ekspertlər Şurasının iclasının gündəliyində nəzərdə tutulmuş məsələlərdən əlavə Ekspertlər Şurasının sədrinin, üzvlərinin və idarəedici təşkilatın direktorunun təklifi ilə digər məsələlər də gündəliyə daxil edilir.
5.12. Ekspertlər Şurasının üzvlərinə və iclasına dəvət olunan digər şəxslərə iclasın yeri və vaxtı, iclasın gündəliyi haqqında dəqiq məlumat və lazımi materiallar iclasa ən geci 1 (bir) iş günü qalmış Ekspertlər Şurasının katibi tərəfindən göndərilir.
5.13. Ekspertlər Şurasının iclasları açıq keçirilir. Ekspertlər Şurasının sədrinin qərarı ilə ayrı-ayrı məsələlərə (xüsusi layihələrə və Ekspertlər Şurasının daxili intizam məsələlərinə) baxmaq üçün qapalı iclaslar keçirilə bilər.
5.14. Ekspertlər Şurasının iclaslarında baxılan məsələlər üzrə Ekspertlər Şurasının sədrinin razılığı ilə dövlət və özəl təşkilatların, elm, təhsil və tədqiqat müəssisələrinin və idarəedici təşkilatın nümayəndələri və müstəqil mütəxəssislər (ekspertlər) iştirak edə bilərlər.
6. Ekspertlər Şurasının iclaslarının protokolları və Ekspertlər Şurasının qərarları
6.1. Ekspertlər Şurasının iclaslarında baxılmış məsələlər, aparılmış müzakirələr və qəbul edilmiş qərarlar Ekspertlər Şurasının iclasının protokolunda qeyd edilir.
6.2. Ekspertlər Şurasının iclaslarının protokollarını Ekspertlər Şurasının katibi hazırlayır və iclasdan ən geci 2 (iki) iş günü sonra Ekspertlər Şurasının sədrinə imza üçün təqdim edir. Ekspertlər Şurasının iclaslarının protokolları Ekspertlər Şurasının sədri və katibi tərəfindən imzalandıqdan sonra təsdiq edilir və Ekspertlər Şurasının üzvlərinə göndərilir.
6.3. Ekspertlər Şurasının qərarları Ekspertlər Şurasının iclaslarının protokolu ilə rəsmiləşdirilir. Ekspertlər Şurasının qiymətləndirilmiş innovasiya layihələrinə dair rəyləri Ekspertlər Şurasının qərarları ilə təsdiq edilir və qərara əlavə olunur.
6.4. Ekspertlər Şurasının iclaslarında qarşıya çıxan və Ekspertlər Şurasının qərarının qəbul olunmasını tələb etməyən operativ məsələlər üzrə Ekspertlər Şurası protokol tapşırıqları verə bilər. Belə protokol tapşırıqları iclas protokollarından çıxarışlar şəklində icraçılara çatdırılır.
6.5. Ekspertlər Şurasının protokollarının və digər sənədlərin əslləri Ekspertlər Şurasının katibində saxlanılır.
6.6. Qanunla müəyyən
edilmiş hallar istisna olmaqla, Ekspertlər Şurasına daxil
olan innovasiya layihələri və verilmiş rəylər barədə
məlumatlar, eləcə də qəbul edilmiş qərarlar
və digər sənədlər konfidensial xarakter
daşıyır və onların ictimaiyyətə, həmçinin
üçüncü şəxslərə
açıqlanmasına yol verilmir.
Azərbaycan. - 2015.- 31 may.- S.2.