Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Qaxda vətəndaşları qəbul edib
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
əsasən, mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların
müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin
həlli üçün müvafiq tədbirlər
görürlər.
AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova mayın 30-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayondan, eləcə də Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edərək, onların müraciət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən sosial-məişət xarakterli, xəstə və əlil uşaqların müalicəsi, alimentlərin verilməsində çətinliklər, uşaqların övladlığa verilməsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir qismi araşdırılaraq yerindəcə həll olunub. Komitənin səlahiyyətlərinə aid olmayan, eləcə də şəxsi xarakter daşıyan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.
Qəbuldan sonra
AQUPDK-nın sədri Hicran Hüseynova
Qax rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlarla görüşüb.
Azərbaycan. - 2015.- 31 may.- S.5.