Məhsul istehsalını artırmaq üçün potensial genişdir

 

Azərbaycan iqtisadiyyatında aqrar sektor müəyyən xüsusi çəkiyə malikdir. Bu sahə həmçinin özünün coğrafi əhatəsinə əhalinin daha çox cəlb edilməsi ilə fərqlənir. Bununla əlaqədar son 10 ildə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün dövlət tərəfindən mühüm işlər görülür. Aqrar sektorda sahibkarlığı stimullaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisindən başqa bütün növ vergilərdən azad olunmasının vaxtı uzadılır, fermerlərə güzəştli şərtlərlə gübrə, toxum, damazlıq heyvanlar verilir, onların istifadə etdikləri yanacaq sürtkü yağlarına görə  maliyyə yardımı göstərilir.

Bunlardan əlavə, məhsul istehsalçılarına güzəştli kreditlər verilir. Təsadüfi deyil ki, son illər verilən güzəştli kreditlərin kifayət qədər böyük hissəsini kənd təsərrüfatı sahəsində çalışanlar alır. Təkcə ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bölgələrdə çalışan 12500-dən çox sahibkara 295 milyon manat güzəştli kredit verilib. Son bir neçə ildə isə fond tərəfindən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq 8 rayonda südçülük kompleksinə, 6 rayonda ət kəsimi emalı müəssisəsinə 240 milyon, eləcə 20 rayonda 33 intensiv bağçılıq üzümçülük təsərrüfatına, 9 rayonda 37 istixana kompleksinə 11 rayonda 16 meyvə-tərəvəz emalı müəssisəsinə 771 milyon manat həcmində güzəştli kreditlər ayrılıb.

Sözsüz ki, aqrar sektora olan belə qayğı nəticəsiz qalmır. Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə ərzaq kənd təsərrüfatı məhsullarının çox hissəsi xaricdən alındığı halda indi idxal ildən-ilə azalır.

Aparılan struktur islahatları, göstərilən maliyyə dəstəyi nəticəsində ötən il aqrar sektorda ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil edib. Həmin dövrdə heyvandarlıq məhsullarının istehsalı 2,8 milyard manat olub ki, bu da 2013-cü ildəkindən 3 faiz çoxdur. Ötən il həmçinin xarici bazara 291 milyon dollarlıq meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu isə 2013-cü ildəkindən 16,1 faiz çoxdur. Meyvə-tərəvəzin istehsalında müşahidə edilən artım eyni zamanda bu növ məhsulların idxalını azaldıb. Belə ki, 2013-cü illə müqayisədə ötən il ölkəyə meyvə-tərəvəz məhsullarının gətirilməsinin azalma tempi  13,5 faiz təşkil edib. Bu rəqəmlər onu göstərir ki, ölkədə aqrar sektorda məhsul istehsalı artdıqca idxal azalır. Bu sektorda həyata keçirilən siyasətin başlıca məqsədi budur: idxaldan asılılığı azaltmaqla ərzaq təhlükəsizliyini təmin etmək.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sektorda ixrac potensialının artırılmasının əhəmiyyətinə toxunaraq demişdir: “Ümumiyyətlə, ixrac - kənd təsərrüfatının ixracı sənaye məhsullarının ixracı gələcəkdə iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi olacaqdır. Çünki ixrac ölkəyə valyuta resursları gətirir. Elə etməliyik ki, ərzaq məhsulları, sənaye, tikinti materialları, hazır məhsullar istehsal edək, ixrac edək biz bu yolla gedəcəyik”. Göründüyü kimi, gələcəkdə əsas ixrac sahələrindən biri aqrar sektor olacaq.

Bunun üçün isə, təbii ki, ilk növbədə məhsul istehsalı artmalıdır. Yenə statistikaya nəzər salaq: Azərbaycanda ötən il 849,9 min ton meyvə giləmeyvə, 147,7 min ton üzüm 474,2 ton yaşıl çay yarpağı yığılıb. Heyvandarlıq üzrə ət istehsalı 2013-cü illə müqayisədə 1,7, süd istehsalı 3,3, yumurta istehsalı 11,5, yun istehsalı 1,6 faiz artıb. Cari ilin yanvar-aprel aylarında isə kənd təsərrüfatında ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 910 milyon manat olub. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5, bitkiçilik məhsulları üzrə 8,4 faiz artıb.

Məlum olduğu kimi, bu ilKənd təsərrüfatı ili”dir. Odur ki, cari ildə aqrar sektora dəstək davam edəcək. Xüsusən bu dəstək istiqamətsiz torpaqların dövriyyəyə qatılması, onların suvarılmasının təmin edilməsi istiqamətində daha güclü olacaq. Dövlət başçısı Nazirlər Kabinetinin sözügedən iclasında bu barədə belə demişdir: “Hesab edirəm ki, bu ilin sonuna qədər bu sahədə artıq biz real nəticələri görəcəyik. Dövriyyəyə buraxılacaq yeni torpaqlarda bazarların tələbatına uyğun məhsul yetişdirilməlidir. Ona görə burada yüz faiz dövlət nəzarəti dövlətin rəhbərliyi olmalıdır. Biz yüz minlərlə hektar torpağı dövriyyəyə qatırıq, suvarmanı təmin edirik. Buna milyardlarla vəsait xərclənibdir. Taxtakörpü Şəmkirçay su anbarlarının tikintisinə qoyulan vəsait təqribən 1,5-2 milyard manata yaxındır. Hələ kanalların şaxələndirilməsi, ondan sonra digər tədbirlər var. Nəyə görə? Ona görə ki, imkan yaradaq insanlar daha da yaxşı yaşasınlar, kəndli məhsul yetişdirsin, pul qazansın, biz bu məhsullardan düzgün istifadə edək. Daxili bazarları təmin edək ki, qiymətlər qalxmasın. Xaricə sataq ki, həm sahibkarlara, həm dövlətə daha çox pul gəlsin. Ona görə burada mən bir daha demək istəyirəm ki, dövriyyəyə buraxılacaq yeni torpaqlarda heç bir özbaşınalıq ola bilməz. Ancaq bu torpaqlardan dövlətin göstərişi ilə istifadə olunmalıdır”.

 

Rüstəm KAMAL,

 

Azərbaycan. - 2015.- 31 may.- S.6.