Qubada Heydər Əliyev irsi öyrənilir
Qubada böyük
maraq doğuran yer şəhərin girəcəyindəki Heydər
Əliyev seyrəngahıdır. Müasir və
milli ənənələrimizə
uyğun inşa edilən park buraya gələnlərin ovqatına
xüsusi rəng qatır. Rayonda aparılan tikinti-abadlıq
işləri nəticəsində
park tamamilə yenidən
qurulub, yaraşıqlı
istirahət və mədəniyyət mərkəzi
yaradılıb.
Ümummilli liderin adını
daşıyan parkda ümumi sahəsi 6500 kvadratmetr olan 4 mərtəbəli, yaraşıqlı
Heydər Əliyev Mərkəzi Azərbaycan
Prezidenti İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb.
Mərkəz rayon əhalisinin və qonaqların ziyarət məkanına çevrilib. Burada Heydər
Əliyevin həyat və fəaliyyətini, Azərbaycana rəhbərlik
etdiyi illəri, ölkəmizin müxtəlif
bölgələrinə səfərləri,
o cümlədən Quba
rayon ictimaiyyəti ilə
görüşlərini əks
etdirən fotoguşələr
yer alıb. Ulu öndərin həyat və fəaliyyətinə
həsr olunmuş filmlər nümayiş olunur. Foyedə iki virtual sinif
otağı fəaliyyət
göstərir. Ümummili
liderin irsinin gənc nəsillərə
çatdırılması və tədbirlərin keçirilməsi üçün
mərkəzdə tədris
sinifləri, 200 nəfərlik
konfrans zalı, 2 dəyirmi masa zalı, sinxron tərcümə otağı,
kitabxana fəaliyyət
göstərir. Bundan əlavə,
mərkəzdə 3 D kinozalı,
kafe, xalça və rəsm studiyaları vardır.
Mərkəzdə iş iki istiqamətdə aparılır:
birinci ekspozisiya vasitəsilə ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, kino-video və fotosənədlər
sərgilənir. Bu məqsədlə hazırda
7 bölmədən ibarət
ekspozisiya nümayiş
etdirilir. İkinci fəaliyyət
istiqaməti isə ulu öndərin zəngin siyasi irsinin təbliği məqsədilə keçirilən
elmi praktik konfranslar, dəyirmi masalar, viktorinalar, inşa yazı müsabiqələri, intellektual
oyunlardır.
Azərbaycan Respublikasına işgüzar
səfərə gələn
xarici qonaqlar mərkəzdə olur, buradan xoş təəssüratla ayrılırlar. Rusiya,
Belarus, Türkiyə, Uruqvay,
Hindistan, Ukrayna, Almaniya, Bolqarıstan, Koreya və s. ölkələrdən gəlmiş
nümayəndə heyətləri
mərkəzi ziyarət
etmişlər.
Qubalı gənclər arasında bir ənənə də yaşamaqdadır. Gənclər
ailə həyatının
başlanğıcı olan
nikah mərasimlərini
mərkəz fəaliyyətə
başlayandan burada keçirilməsinə
qərar vermişlər.
Bu nikah mərasimləri
də yaddaqalan olur.
Mərkəzin nəzdində ulu öndərin rayonda şəxsən görüşdüyü
insanlardan, yerli ziyalılardan, müəllimlərdən
və gənclərdən
ibarət xüsusi tədqiqat qrupu da fəaliyyət göstərir.
I Avropa Oyunları
ərəfəsində olan
ölkəmizə artıq
turist axını başlayıb. Əsrarəngiz təbiəti, flora və faunası ilə seçilən Quba həmişə turistlərin çox önəm verdikləri məkanlardandır. İdman arenalarından
ayrılan qonaqlar səfalı Qubaya da təşrif buyuracaqlar. Buna qabaqcadan hazırlıq görülüb. Heydər Əliyev
Mərkəzi bu möhtəşəm tədbirə
artıq tam hazırdır.
Yəni mərkəzdə müxtəlif
dillərdə yayımlanacaq
filmlərin kataloqu hazırlanıb. Ulu öndərin
həyat və fəaliyyətini özündə
əks etdirən kitablar sərgilənmək
üçün xüsusi
lövhələrdə yerləşdirilib.
Heydər Əliyevin ömrünün
müxtəlif anlarını
canlandıracaq filmlərin
xarici dillərə tərcümə edilən
variantları gələn
qonaqlara nümayiş
etdiriləcəkdir.
Akif ƏLİYEV,
Azərbaycan. - 2015.- 31 may.- S.7.