Rusiya Federasiyasının Prezidenti
Zati-aliləri cənab
Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Rusiyaya məxsus
“Airbus-321” sərnişin təyyarəsinin
qəzaya uğraması
nəticəsində çoxsaylı
insan tələfatı
haqqında xəbər
məni dərindən
kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına
və yaxınlarına,
bütün Rusiya xalqına dərin hüznlə başsağlığı
verirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
31 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 1 noyabr.- S. 1.