Leyla Əliyeva RAGB VI forumu çərçivəsində nəzərdə tutulan konsertin ləğv edilməsini qərara alıb

 

Rusiyaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və noyabrın 1-də Rusiya Federasiyasında matəm günü elan edilməsi ilə əlaqədar, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva RAGB-nin VI forumu çərçivəsində nəzərdə tutulan konsertin ləğv edilməsini qərara alıb.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 1 noyabr.- S. 3.