Azərbaycan müasir idman infrastrukturuna malikdir

 

Son 5 ildə ölkəmizdə 21 iri idman obyekti inşa edilib

 

Azərbaycanda idmanın inkişafını səciyyələndirən əsas məqamlardan biri müasir infrastrukturun yaradılması ilə bağlıdır. Artıq bu infrastruktur istənilən turniri yüksək səviyyədə keçirməyə imkan verir.

Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanı idman ölkəsi kimi tanıtmaqla yanaşı, onu beynəlxalq idman aləmində nüfuz sahibi etmişdir. Məhz bunun nəticəsidir ki, Avropa tarixində ilk dəfə möhtəşəm idman tədbiri - “Bakı-2015” I Avropa Oyunları ölkəmizdə keçirildi. Xatırladaq ki, Oyunlara hazırlıq prosesində beynəlxalq standartlara uyğun mühüm layihələr icra olunmuş, mövcud infrastruktur modernləşdirilmiş, müasir idman obyektləri inşa olunmuşdur.

Ötən dövrə nəzər saldıqda Azərbaycanda idman Olimpiya hərəkatının inkişafında qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Paytaxtdan başlayan infrastruktur quruculuğu tədricən bölgələrə doğru istiqamətlənmişdir. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 50-dən artıq müasir Olimpiya mərkəzi tikilmiş, bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilmiş, mövcud idman obyektləri yenidən qurulmuşdur. İndi, demək olar ki, ölkənin bütün bölgələrində Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Ucqar rayonlarda belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün lazımi şərait var. Bütün bunlar Azərbaycanda Olimpiya hərəkatının inkişafına təkan verir. Bu gün Azərbaycana təkcə beynəlxalq idman yarışları deyil, həmçinin idmanla bağlı nüfuzlu tədbirlər həvalə edilir.

Bir sözlə, idmanın maddi-texniki bazasının genişləndirilməsi müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. Son 5 il ərzində ölkədə 21 iri idman obyekti tikilib istifadəyə verilmişdir. Bunlar aşağıdakılardır: Ağdaş Olimpiya İdman Kompleksi (12 fevral 2010-cu il), Göyçay Olimpiya İdman Kompleksi (12 fevral 2010-cu il), Balakən Olimpiya İdman Kompleksi (8 iyul 2010-cu il), Mingəçevir şəhərindəKür Olimpiya Təlim İdman Mərkəzi” (14 oktyabr 2010-cu il), Horadiz Olimpiya İdman Kompleksi (12 noyabr 2010-cu il), Tovuz Olimpiya İdman Kompleksi (9 fevral 2011-ci il), İmişli Olimpiya İdman Kompleksi (5 may 2011-ci il), Qəbələ Olimpiya İdman Kompleksi (17 noyabr 2011-ci il), Sumqayıt Olimpiya İdman Kompleksi (19 dekabr 2011-ci il), Astara Olimpiya İdman Kompleksi (13 mart 2012-ci il), Cəlilabad Olimpiya İdman Kompleksi (31 iyul 2012-ci il), Qobustan İdman Zalı (1 may 2013-cü il), Şirvan Olimpiya İdman Kompleksi (1 iyul 2013-cü il), Xaçmaz Olimpiya İdman Kompleksi (19 iyul 2013-cü il), Qax Olimpiya İdman Kompleksi (16 avqust 2013-cü il), Saatlı Olimpiya İdman Kompleksi (29 avqust 2013-cü il), Göygöl Olimpiya İdman Kompleksi (21 yanvar 2014-cü il), Milli Gimnastika Arenası (16 aprel 2014-cü il), Bakı Olimpiya Stadionu (26 dekabr 2014-cü il), Bakı Atıcılıq Mərkəzi (9 mart 2015-ci il) Su İdmanı Sarayı (20 aprel 2015-ci il).

Qeyd edək ki, I Avropa Oyunlarında idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulmuş 18 idman obyekti vaxtında yüksək keyfiyyətlə, müasir beynəlxalq standartların tələblərinə uyğun tikilmiş ya yenidən qurularaq istifadəyə verilmişdir. 18 idman obyektindən 12-nin, o cümlədən 5 yeni obyektin (Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, BMX veloparkı) daimi, 6-nın (Su Polosu Arenası, Çimərlik Arenası, 3x3 Basketbol Arenası, Dağ velosipedi Veloparkı, Triatlon şose velosipedi yarışları üçün qurğular) isə müvəqqəti yarış obyektləri olmasına baxmayaraq, bunları özündə birləşdirən Avropa Oyunları Parkının tikinti quraşdırma işləri çox yüksək səviyyədə aparıldığından gələcəkdə daimi idman obyekti kimi istifadəsi nəzərdə tutulur.

Ölkəmizdə son beş ildə tikilib istifadəyə verilmiş idman arenalarından bəzilərini diqqətinizə çatdırırıq.

 

Bakı Olimpiya Stadionu

 

Arenanın tikintisi 2011-ci ilin iyunun 6-da Prezident İlham Əliyevin, FİFA UEFA prezidentləri Yozef Blatter Mişel Platininin təməlatma mərasimində iştirakı ilə başlayıb. 2015-ci il martın 18-də Prezident İlham Əliyev xanımı Mehriban Əliyevanın iştirakı ilə 68 min tamaşaçı tutumlu stadionun açılış mərasimi olub. Təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir 6 mərtəbədən ibarətdir. Stadionun ərazisinə 4, tribunalara isə 26 qapıdan giriş var. Burada 3 min 100 yerlik avtomobil parkı inşa edilib. I Avropa Oyunlarının açılış bağlanış mərasimləri Olimpiya Stadionunda keçirilib.

 

Bakı Su İdmanı Sarayı

 

2013-cü il aprelin 19-da Prezident İlham Əliyevin iştirakı ilə bu möhtəşəm idman sarayının təməli qoyulub. 2015-ci il aprelin 20-də Prezident İlham Əliyev xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva açılışda iştirak ediblər. Ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayı Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir.

Su İdmanı Sarayında üç hovuz yaradılıb. Uzunluğu 50, eni 25, dərinliyi 2,5 metr olan hovuz su idmanının müxtəlif növləri üzrə yerli beynəlxalq səviyyəli yarışlar üçün nəzərdə tutulub.

 

Milli Gimnastika Arenası

 

2014-cü il aprelin 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə stadionun açılış mərasimi olub. Bu il I Avropa Oyunları çərçivəsində gimnastikanın 5 növü üzrə yarışlar burada təşkil olunmuşdur. Eyni zamanda 2019-cu ildə bədii gimnastika üzrə 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı bu arenada keçiriləcək. Burada həm idmançıların hazırlığı, yarışların keçirilməsi, həm də media nümayəndələrinin rahat işləməsi üçün hər cür şərait yaradılıb. Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunmuş kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman obyektində hotelvar.

 

Bakı Atıcılıq Mərkəzi

 

Bu il martın 9-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə mərkəzin açılış mərasimi keçirilib. Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Güllə atıcılığı binası müasir səviyyədədir. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik iki konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zalı var. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən “Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 1 noyabr.- S. 4.