Prezident İlham
Əliyev Avstraliya parlamentinin
üzvlərindən ibarət nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də
Avstraliya parlamentinin Nümayəndələr Palatasının
üzvü Luke Simpkinsin başçılıq etdiyi Avstraliya
parlamentinin üzvlərindən ibarət nümayəndə
heyətini qəbul edib.
Avstraliya parlamentində Azərbaycan dostluq qrupunun işini əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev qrupun fəaliyyətinin ikitərəfli əlaqələrimizin gücləndirilməsində vacib rol oynadığını qeyd etdi. Avstraliyada fəal azərbaycanlı icmasının yaşadığını deyən dövlətimizin başçısı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən XXVII Yay Olimpiya Oyunlarında iştirakı zamanı onlarla keçirdiyi görüşü xatırladı. Avstraliyada Azərbaycan səfirliyinin artıq bir neçə ildir ki, fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Avstraliya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi.
Avstraliya parlamentində Azərbaycan dostluq
qrupunun tərkibində fəaliyyət
göstərməsindən məmnun olduğunu
qeyd edən Luke Simpkins Azərbaycanın iqtisadi
və sosial sahələrdə,
demokratiyanın inkişafı istiqamətində əldə etdiyi uğurların böyük
əhəmiyyət daşıdığını
vurğuladı. O, müşahidə apardıqları məntəqələrdə
seçkilərin yüksək səviyyədə təşkil
edildiyini və keçirildiyini
qeyd etdi. Avstraliya parlamentinin Nümayəndələr
Palatasının üzvü Azərbaycanda
sürətli inkişaf proseslərinin getdiyini dedi, ölkəmizin
yerləşdiyi mürəkkəb regionda
bu cür nailiyyətlər
əldə etməsinin önəmini vurğuladı, bu barədə Avstraliya
ictimaiyyətini məlumatlandırmağın əhəmiyyətini
bildirdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 2 noyabr.- S. 2.