Prezident İlham
Əliyev Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin
həmsədri, Filippin parlamentinin Nümayəndələr
Palatasının keçmiş sədri Jose de Venesia və təşkilatın
Daimi Komitəsinin həmsədri və baş katibi Çunq
Eu Yonqu qəbul edib.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri Jose de Venesia Azərbaycana səfərdən məmnun olduqlarını bildirdi. Jose de Venesia Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini dedi. Həmsədri olduğu təşkilatda Asiyanın 340-a qədər iqtidar və müxalifət partiyasının təmsil olunduğunu vurğulayan Jose de Venesia Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun əsasının Bakıda, həmçinin Gənclər Qolunun əsasının isə Azərbaycan paytaxtında və Kuala Lumpurda qoyulmasını məmnunluqla qeyd etdi. O, dedi: “Sizin rəhbərliyiniz və Yeni Azərbaycan Partiyası sayəsində hökumətinizlə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı arasında çox güclü, sağlam və dinamik əlaqələr mövcuddur”.
Asiyadan olan tərəfdaşlarımızla
əməkdaşlığın əhəmiyyətli prioritet olduğunu vurğulayan dövlətimizin
başçısı Azərbaycanın Asiya
siyasi partiyaları ilə əlaqələri
genişləndirməyə önəm verdiyini
qeyd etdi, Asiya Siyasi Partiyaları
Beynəlxalq Konfransının tədbirlərinin Bakıda uğurla keçirilməsindən məmnunluğunu
bildirdi. Dost ölkələrlə əlaqələri gücləndirməyin
zəruriliyini bildirən Prezident İlham Əliyev partiyalar
arasında siyasi dialoqun
həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu sahədə
əməkdaşlığın genişləndirilməsinin
ölkələrarası əlaqələrin möhkəmləndirilməsi
işinə töhfə verəcəyini dedi.
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərinin Azərbaycana
səfərinin tərəfdaşlığımızı
gücləndirmək üçün yeni imkanların müəyyənləşdirilməsi
baxımından fikir mübadiləsi aparmaq üçün
yaxşı fürsət yaratdığını bildirdi. Dövlətimizin başçısı
Azərbaycanın bundan sonra
da Asiyada siyasi partiyalar arasında əməkdaşlığı
genişləndirmək üçün əhəmiyyətli
rol oynayacağını qeyd
etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 2 noyabr.- S. 3.