Azərbaycan Prezidenti İlham Əliyev
Rusiya Dövlət Dumasının komitə
sədrini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də
Rusiya Federasiyası Federal Məclisi Dövlət
Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin
işləri üzrə komitəsinin sədri Leonid Slutskini qəbul
edib.
Azərbaycanda müxtəlif ölkələrdən və təşkilatlardan müşahidəçilər missiyasının olduğunu vurğulayan Leonid Slutski Rusiya Federasiyası Dövlət Dumasından və MDB Parlament Assambleyasından ibarət müşahidəçi missiyaya rəhbərlik etdiyini deyərək onların avqust ayından başlayaraq seçkilərə hazırlıq prosesi ilə bağlı monitorinqlər apardıqlarını bildirdi. Bu gün bir neçə məntəqədə səsvermənin gedişini müşahidə etdiklərini vurğulayan L.Slutski bildirdi ki, Qərbin bəzi dairələrinin verdiyi proqnozlardan fərqli olaraq məntəqələrdə heç bir qanun pozuntusunun qeydə alınmadığının, əksinə əvvəlki seçkilərlə müqayisədə daha böyük irəliləyişlərə nail olunduğunun şahidi olublar. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən imtina etməsi məsələsinə toxunan Leonid Slutski qeyd etdi ki, bu təşkilat qəbul etdiyi qərarla siyasi baxımdan Avropa ictimaiyyətinə bir institut kimi artıq öz dövrünü başa vurduğunu göstərdi.
ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidədən
imtina etməklə bağlı təkbaşına
qərar vermək hüququna malik olmadığını vurğulayan
dövlətimizin başçısı bu
qurumun bütün
qaydaları və reqlamenti pozduğunu
bildirdi. Prezident İlham Əliyev dedi:
“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
vəzifəsi seçkini müşahidə
etməkdir. Bildiyiniz kimi,
biz onları dəvət etdik
və ayrı-ayrı ölkələrə müşahidəçilərin
sayının müəyyən edilməsi metodologiyası ilə
bağlı izahat vermələrini xahiş etdik. Onlar bizə cavab vermək
əvəzinə, ümumiyyətlə, müşahidəçi
göndərməməyi qərara aldılar”. Dövlətimizin
başçısı bütün bu hərəkətlərin qəbuledilməz olduğunu bildirdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 2 noyabr.- S. 2.