Azərbaycan Prezidenti İlham Əliyev
MDB İcraiyyə Komitəsi sədrinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də
MDB İcraiyyə Komitəsinin sədri, Azərbaycan
Respublikası Milli Məclisinə seçkilərdə MDB-dən
müşahidəçi missiyasının rəhbəri
Sergey Lebedevin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bu il rəhbərlik etdiyi missiyanın MDB-nin müxtəlif ölkələrində öz fəaliyyətlərini uğurla həyata keçirdiyini dedi. Azərbaycandakı seçkilərdə rəhbərlik etdiyi təşkilatdan 147 nəfərdən ibarət nümayəndə heyətinin iştirak etdiyini vurğulayan Sergey Lebedev bildirdi ki, missiya adətən nümayəndələrin sayını ölkələrlə razılaşma əsasında müəyyənləşdirir və öz müşahidələrini həmin ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirir. Milli Məclisə seçkilərdən danışan Sergey Lebedev dedi: “Biz məmnunluqla və birmənalı şəkildə bildiririk ki, Milli Məclisə seçkilər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və ölkə vətəndaşları azad seçim imkanı ilə tam təmin olunub”.
Dövlətimizin başçısı MDB
İcraiyyə Komitəsinin sədri Sergey
Lebedevin rəhbərlik etdiyi
təşkilatın ölkə qanunvericiliyinə əsaslanan obyektiv yanaşmasının və qətiyyən
siyasiləşdirilməmiş mövqeyinin
önəmini qeyd etdi.
Daha sonra Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın
dəvətinə baxmayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosu əsassız sayda müşahidəçilərin ölkəyə
gəlməsini israr etdi.
Dövlətimizin başçısı dedi
ki, onlara
müşahidəçilərin sayının ölkə əhalisinin
sayına uyğunlaşdırılması təklif olunduqda seçkiləri müşahidə etməkdən
imtina etdilər. Prezident
İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosunun bu
hərəkətinin qəbuledilməz olduğunu
dedi. Dövlətimizin
başçısı bütün bunlara baxmayaraq Avropa Şurasının Parlament
Assambleyasını, Müstəqil Dövlətlər Birliyini, digər beynəlxalq strukturları və
ölkələri təmsil edən çoxsaylı
müşahidəçilərin seçki
prosesini izlədiklərini
vurğuladı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 3 noyabr.- S. 1.