Rumıniyanın
Prezidenti Zati-aliləri cənab Klaus İohannisə
Hörmətli cənab Prezident,
Buxarest şəhərindəki gecə klubunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Rumıniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 2 noyabr 2015-ci il.
Azərbaycan.- 2015.-3 noyabr.- S.1.