Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna

 

Hörmətli cənab Baş nazir,

Rəhbərlik etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür.

Əminəm ki, zamanın sınaqlarından çıxmış strateji tərəfdaşlıq əlaqələrimiz və müstəsna xarakter daşıyan münasibətlərimiz xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Zəfər sevincinizi Sizinlə bölüşür, Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 noyabr 2015-ci il.

 

Azərbaycan.- 2015.- 3 noyabr.- S. 1.