Prezidentin Mətbuat Xidmətinin
məlumatı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 2-də Türkiyə
Respublikasının Baş
naziri Əhməd Davudoğluna telefonla zəng edib.
Dövlətimizin başçısı Baş
nazir Əhməd Davudoğlunu rəhbərlik
etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı
qələbə münasibətilə
təbrik etdi.
Göstərilən diqqətə
və təbriklərə görə minnətdarlığını
ifadə edən Türkiyə Respublikasının Baş naziri öz növbəsində hakim
Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi
münasibətilə Prezident İlham Əliyevə təbriklərini
çatdırdı.
Azərbaycan.- 2015.- 3 noyabr.- S. 1.