Prezidentin Mətbuat Xidmətinin
məlumatı
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 2-də Türkiyə
Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət
və İnkişaf Partiyasının Türkiyə
Böyük Millət
Məclisinə seçkilərdə
inamlı qələbəsi
münasibətilə təbrik
etdi, Türkiyə Prezidentinə fəaliyyətində
yeni-yeni uğurlar, qardaş Türkiyə xalqına əmin-amanlıq
və tərəqqi arzuladı.
Rəcəb Tayyib Ərdoğan
göstərilən diqqətə
və təbriklərə
görə minnətdarlığını
bildirdi, öz növbəsində hakim Yeni
Azərbaycan Partiyasının
parlament seçkilərində
böyük səs çoxluğu ilə qələbə qazanması
münasibətilə dövlətimizin
başçısına təbriklərini
çatdırdı, Prezident
İlham Əliyevə
ali dövləti
fəaliyyətində uğurlar,
Azərbaycan xalqına
firavanlıq arzuladı.
Dövlət başçıları ölkələrimiz
arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə
bundan sonra da inkişaf edəcəyinə
əminliklərini ifadə etdilər.
Azərbaycan.- 2015.- 3 noyabr.- S. 1.