Sinay Məbədinin nümayəndə
heyəti ilə görüş
Azərbaycanda səfərdə olan
ABŞ-ın Kaliforniya
ştatının Los-Anceles
şəhərindəki Sinay
Məbədinin yəhudi
icmasının 50 nəfərdən
ibarət nümayəndə
heyəti noyabrın
2-də Fəxri xiyabanda
ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını
ziyarət edib.
Ziyarətdən sonra qonaqlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin Himayəçilər
Şurasının sədri,
akademik Kamal Abdullayev ilə görüşüblər.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Kamal Abdullayev
nümayəndə heyətinə
Azərbaycan dövləti
ilə ABŞ, xalqımızla
yəhudi icması arasında münasibətlərin
daha da inkişafına
səy göstərdikləri
üçün minnətdarlıq
edib.
Diqqətə çatdırılıb ki,
Bakıda qonaqları təkcə bu şəhərin xoş havası və təbiəti deyil, həm də insanların isti münasibəti qarşılayıb. Azərbaycan Prezidenti
İlham Əliyevin yürütdüyü siyasətin
prioritetlərindən biri
də multikulturalizm dəyərlərinin qorunması
və inkişaf etdirilməsidir. Dövlət
müşaviri deyib: “Siz Qubaya səfəriniz
zamanı yəqin ki, deyilənlərin şahidi oldunuz. Azərbaycanın başqa bölgələrində
də belədir.
Bu bölgələrdə müxtəlif xalqların
və fərqli dinlərin nümayəndələri
dinc şəraitdə
yaşayır. Siz Qubadakı
mənzərəni Azərbaycanın
hər yerində görə bilərsiniz.
Bəlkə də bu tolerantlıq üstündə
Azərbaycan xalqının
başı tarix boyu müxtəlif bəlalar çəkib.
Qubada ziyarət etdiyiniz Soyqırımı Memorialında
erməni millətçiləri
və bolşeviklərin
törətdiyi genosidlər
təkcə azərbaycanlıların
deyil, eyni zamanda, burada yaşayan yəhudilərin,
rusların və başqa millətlərin də başına gətirilib”.
Dövlət müşaviri vurğulayıb
ki, bu gün
Azərbaycan bütövlükdə
bir ailə kimi öz əzablı
və ləyaqətli
keçmişinə arxalanaraq
inamla irəliyə addımlayır. Biz deyirik
ki, Azərbaycan multikulturalizmi xalqımıza
tarixən xas keyfiyyətdir. Hələ orta
əsrlərdən başlayaraq,
XII əsr klassiklərinin
əsərlərində də
Azərbaycan multikulturalizminə
geniş yer ayrılıb. Belə bir
tolerantlıq Azərbaycan
ərazisində sağlam
mənəvi mühitin
göstəricisidir. Azərbaycanın əcdadlarından olan xəzərlər öz dini inanclarına görə, iudaist-yəhudi
dininin daşıyıcıları
olublar. Burada atəşpərəstlik, xristianlıq, müsəlmanlıq
bir-birinə qaynayıb
qarışaraq bütöv
Azərbaycan ailəsini
əmələ gətirib.
Prezidentin Fərmanı
ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən Azərbaycanda
yaşayan yəhudi, rus, Ukrayna, tatar,
gürcü, talış,
tat, udin və digər xalqların icmaları ilə bir yerdə müxtəlif layihələr
həyata keçirilir.
K. Abdullayev nümayəndə
heyətinin Azərbaycandakı
dağ yəhudiləri
sinaqoquna müqəddəs
Tövratı hədiyyə
etməsini yüksək
qiymətləndirib və
eyni zamanda, ölkəmizin Los-Ancelesdəki
baş konsulu Nəsimi Ağayevə əlaqələrin inkişafındakı
xidmətinə görə
minnətdarlığını bildirib.
Dövlət müşaviri ibrətamiz
bir hekayəni qonaqların diqqətinə
çatdırıb: “Yeni
təyin olunanda işimlə əlaqədar
bölgələrdə məscidlərdə,
kilsələrdə, sinaqoqlarda
oldum. Demək olar ki, bütün dini icmaların rəhbər nümayəndələri ilə
görüşdüm. Sinaqoqların birində bir
ravvinlə rastlaşdım.
Onun mənə danışdığı
çox maraqlı əhvalatı üç
hissəyə bölüb
sizə deyəcəyəm.
Birinci hissə bundan ibarətdir: Normal həyatı, ailəsi olan bir ravvin
Avropada sinaqoqların birində çalışırmış.
Bir gün rəhbərlik ona xəbər verir ki, vəzifəsini
Azərbaycandakı sinaqoqda
davam etdirməlidir.
Bu, təxminən 7-8 il əvvəl baş verib. Ravvin dəhşətə gəlir
və göz yaşları içərisində
rəhbərliyə xahiş
edərək müsəlman
ölkəsi olan Azərbaycanda qətiyyən
çalışmaq istəmir.
Rəhbərlik onun göz yaşlarına baxmır, etirazını qəbul etmir və o, məcburən Azərbaycana
göndərilir. Bununla mənim
hekayətimin birinci hissəsi bitir. İkinci hissədə nə baş verdiyini danışmayacağam, siz
onu təsəvvür
edəcəksiniz. Üçüncü
hissə bir cümlədən ibarətdir:
Həmin ravvin hazırda Azərbaycan vətəndaşı olmaq
üçün hökumətə
ərizə ilə müraciət edib”. K. Abdullayev çıxışını
“Azərbaycan multikulturalizminə
xoş gəldiniz” xitabı ilə bitirib və nümayəndə heyətinə
BBMM-nın hədiyyəsini
təqdim edib.
Tədbirdə Sinay Məbədinin
ravvini David Volpe, məbədin
kişi klubunun rəhbəri Cary Lerman, nümayəndə heyətinin
üzvləri Eddia Mirharooni, Elie Alyeşmerni çıxış
edərək Azərbaycanda
mövcud olan mültikultural mühit haqqında xoş təəssüratlarını dilə gətiriblər. Qonaqların çıxışlarında
vurğulanıb ki, dəmirin möhkəm olması, paslanmaması üçün ona bir çox əlavə elementlər qatılıb zənginləşdirildiyi
kimi, Azərbaycanın
da bir dövlət,
xalq olaraq möhkəmliyinin və sabitliyinin səbəbi bu ölkənin ərazisində çoxlu
konfessiyaların, etnik
və dini qrupların minillərdir dinc yanaşı, qardaşcasına yaşamasıdır.
Sonda qonaqları
maraqlandıran suallar cavablandırılıb.
AZƏRTAC
Azərbaycan.- 2015.- 3 noyabr.- S. 7.