“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 82; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 3, maddə 116, ¹ 5, maddə 245; 2004, ¹ 2, maddələr 57, 58; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 8, maddə 752, ¹ 11, maddə 1079; 2009, ¹ 4, maddə 212, ¹ 8, maddə 611; 2010, ¹ 3, maddə 172; 2015, ¹ 2, maddə 82) 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.”.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 1.