Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 216; 2003, ¹ 6, maddə 256; 2004, ¹ 4, maddə 212, ¹ 5, maddə 314; 2006, ¹ 2, maddə 67,  ¹ 6, maddə 478, ¹ 11, maddə 923; 2008, ¹ 12, maddə 1048; 2014, ¹ 3, maddə 234; 2015, ¹ 3, maddə 248) ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 10-cu hissəsinə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 4 noyabr.- S. 1.