Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8, (II kitab), maddə 585; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddə 233, ¹ 8, maddə 463; 2003, ¹ 6, maddə 276; 2004, ¹ 5, maddə 321, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761, ¹ 11, maddə 890; 2005, ¹ 1, maddə 4, ¹ 4, maddə 278, ¹ 6, maddə 462, ¹ 8, maddə 686, ¹ 10, maddə 874, ¹ 12, maddə 1079; 2006, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 5, maddə 390, ¹ 10, maddə 847, ¹ 11, maddə 929, ¹ 12, maddə 1032; 2007, ¹ 2, maddələr 65, 68, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddə 1221; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 606, 607, ¹ 12, maddələr 1045, 1049; 2009, ¹ 5, maddə 315, ¹ 7, maddə 517, ¹ 12, maddə 966; 2010, ¹ 3, maddələr 171, 173, 178, ¹ 7, maddə 593, ¹ 12, maddə 1058; 2011, ¹ 6, maddə 480, ¹ 7, maddələr 589, 599; 2012, ¹ 7, maddə 674, ¹ 11, maddə 1062, ¹ 12, maddə 1215; 2013, ¹ 2, maddə 77, ¹ 6, maddələr 616, 626, ¹ 7, maddə 786, ¹ 11, maddə 1265, ¹ 12, maddə 1493; 2014, ¹ 2, maddələr 90, 102, ¹ 4, maddələr 328, 344, ¹ 6, maddə 600, ¹ 11, maddələr 1354, 1362; 2015, ¹ 4, maddə 342; ¹ 5, maddə 511) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.4-cü maddəyə “hüquqları” sözündən sonra “ona aydın olan dildə” sözləri əlavə edilsin.
2. 147-ci maddəyə aşağıdakı məzmunda 147.4-147.6-cı maddələr əlavə edilsin:
“147.4. Barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.
147.5. Tutulma haqqında protokolda aşağıdakılar göstərilməlidir:
147.5.1. protokolun tərtib edildiyi yer, tarix və vaxt;
147.5.2. protokolu tərtib edən və tutulmanı
aparan şəxsin soyadı, adı, atasının adı və
vəzifəsi;
147.5.3. tutulan şəxsin soyadı, adı,
atasının adı, doğulduğu il, ay, gün və yer,
vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət
növü və ya vəzifəsi, yaşadığı və
qeydiyyatda olduğu yer, şəxsiyyətini təsdiq edən
sənəd barədə məlumat;
147.5.4. tutulmanın aparıldığı yer, tarix və
vaxt;
147.5.5. tutulmanın səbəbi, şübhənin və
ya ittihamın mahiyyəti;
147.5.6. tutulan şəxsə onun hüquq və vəzifələrinin
izah edilməsi haqqında qeyd.
147.6.
Tutulma haqqında protokol onu tərtib edən vəzifəli
şəxs, tutulan şəxs və tutulma haqqında protokolun
imzalanması üçün tutulan şəxsə təqdim
edilməsində iştirak etmiş müdafiəçi
qismində dəvət edilmiş vəkil tərəfindən
imzalanır.”.
3. 156.1-ci
maddənin ikinci cümləsi aşağıdakı
redaksiyada verilsin:
“Qətimkan
tədbirinin seçilməsi barədə qərarda şəxsin
şübhəli bilindiyi və ya ittiham olunduğu cinayəti
törətməsinə əsaslı şübhələrin
və müvafiq qətimkan tədbirinin tətbiqi əsaslarının
mövcudluğuna dəlalət edən ilkin sübutlar
göstərilməlidir.”.
4. 158.2-ci
maddədə “faktiki həbsə alındığı andan”
sözləri “azadlığının faktiki məhdudlaşdırıldığı
vaxtdan” sözləri ilə əvəz edilsin.
5. 222-ci
maddə üzrə:
5.1.
222.1-222.3-cü maddələr aşağıdakı
redaksiyalarda verilsin:
“222.1. İbtidai araşdırma məlumatlarının
yayılması, bu Məcəllənin 222.2 və 222.6-cı
maddələrində nəzərdə tutulmuş hallardan
başqa, yolverilməzdir.
222.2.
İbtidai araşdırma məlumatları cinayət prosesinin
iştirakçıları və jurnalistlər tərəfindən
yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai
araşdırmanın maraqlarına zidd olmayan və cinayət
prosesinin digər iştirakçılarının hüquq və
qanuni mənafelərini pozmayan həddə yayıla bilər.
222.3.
Terrorçuluq cinayətləri, silahlı mütəşəkkil
dəstələr tərəfindən törədilən
cinayətlər üzrə davam edən ibtidai
araşdırmanın məlumatlarının
yayılmasına, habelə bu Məcəllənin 52-ci maddəsində
nəzərdə tutulmuş qaydada tərtib edilən və
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş
informasiya hesab edilən cinayət təqibi üzrə icraat
materiallarının surətlərinin olduğu kimi
yayılmasına icazə verilmir (cinayət prosesi
iştirakçılarının bu Məcəllə ilə
müəyyən edilən prosessual hüquqlarının təmin
edilməsi ilə bağlı olan hallar istisna olmaqla).”;
5.2.
222.4-cü maddəyə “yayılmasının” sözündən
sonra “, o cümlədən bu Məcəllə ilə nəzərdə
tutulmuş hallarda və qaydada əldə edilmiş prosessual sənədlərin
surətlərinin prosessual məqsədlərdən kənar
yayılmasının” sözləri və aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Belə
xəbərdarlıq edilməmişdirsə, yayılması
cinayətin açılmasına, cinayət törətmiş
şəxsin tutulmasına, ibtidai araşdırmanın normal
gedişinə mane ola bilən məlumatların
yayılmasına görə cinayət prosesini həyata
keçirən şəxs məsuliyyət daşıyır.”;
5.3.
Aşağıdakı məzmunda 222.6-cı və 222.7-ci maddələr
əlavə edilsin:
“222.6. İctimai maraq kəsb etməsi, yanlış məlumatların
yayılmasının qarşısının alınması və
ya cinayətə görə məsuliyyətin
labüdlüyünün nümayiş etdirilməsi ilə əlaqədar
ibtidai araşdırma məlumatları ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən və ya
ibtidai araşdırmanı aparan orqan tərəfindən
bilavasitə və ya kütləvi informasiya vasitələri
ilə açıqlana bilər. Bu zaman
açıqlanan məlumat cinayət hadisəsi ilə
bağlı əldə edilmiş ibtidai araşdırma nəticələrindən
ibarət olmalı, davam edən ibtidai araşdırmanın
maraqlarına, cinayət prosesinin digər
iştirakçılarının şəxsi həyat
toxunulmazlığı hüququna zidd olmayan həddə
olmalı, təqsirsizlik prezumpsiyasına uyğun olaraq
şübhəli və ya təqsirləndirilən şəxsin
cinayətə aidiyyəti ilə bağlı hissədə
onun cinayəti törətməkdə şübhəli bilinməsinə
dair həddi keçməməlidir.
222.7.
Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən
və ya zərər çəkmiş şəxslərin
şəxsiyyəti barədə məlumatların
açıqlanmasına yalnız həmin şəxslərin
və onların qanuni nümayəndələrinin
razılığı ilə yol verilir.”.
6. 488-ci
maddə üzrə:
6.1.
488.1-ci maddəyə “adlanacaq)” sözündən sonra “və
ekstradisiya məsələləri” sözləri əlavə
edilsin, “Azərbaycan Respublikasının Qanunu” sözləri
“və “Cinayət törətmiş şəxslərin verilməsi
(ekstradisiya) haqqında” Azərbaycan Respublikasının
qanunları” sözləri ilə əvəz edilsin;
6.2.
488.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“488.2.
Hüquqi yardım göstərilməsinə dair və
ekstradisiya haqqında Azərbaycan Respublikası ilə
sorğu edən xarici dövlət arasında müvafiq
müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə
tənzimlənməyən məsələlər üzrə
həmin müqaviləyə zidd olmayan hissədə bu Məcəllənin,
“Cinayət işlərinə dair hüquqi yardım
haqqında” və “Cinayət törətmiş şəxslərin
verilməsi (ekstradisiya) haqqında” Azərbaycan
Respublikasının qanunlarının müddəaları tətbiq
edilir.”.
7.
Aşağıdakı məzmunda 489.3-cü və 489.4-cü
maddələr əlavə edilsin:
“489.3. Azərbaycan
Respublikasının ərazisində yaşayan, yaxud olan əcnəbi
və ya vətəndaşlığı olmayan şəxsin
Azərbaycan Respublikasının hüdudlarından kənarda
törətdiyi əməllərə görə xarici
dövlət tərəfindən cinayət məsuliyyətinə
cəlb edilməsi və ya məhkəmə tərəfindən
təyin edilmiş cəzanın icrası üçün
verilməsi və tranzit daşıma bu Məcəllənin
493-501-ci maddələri və “Cinayət törətmiş
şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan
Respublikasının Qanununun müddəalarına uyğun
olaraq həyata keçirilir.
489.4.
Xarici dövlətin səlahiyyətli hakimiyyət
orqanının rəsmi müraciəti əsasında Azərbaycan
Respublikası ərazisində cinayət təqibi bu Məcəllənin
502-504-cü maddələrinə uyğun olaraq həyata
keçirilir.”.
8.
493-cü maddə üzrə:
8.1.
493.2-ci maddədə “surəti” sözündən sonra “və
əməlin cinayət olmasını, cinayət məsuliyyətinə
cəlb etmə müddətlərini müəyyən edən
cinayət qanununun maddələrinin mətni” sözləri əlavə
edilsin;
8.2.
493.3-cü maddədə “və məhkuma tətbiq edilən
cinayət qanunu müddəasının” sözləri
“, onun məhkum edildiyi cinayəti və ittiham
hökmünün icra müddətlərini müəyyən
edən cinayət qanununun maddələrinin” sözləri ilə
əvəz edilsin.
9. 495-ci
maddə üzrə:
9.1.
495.1-ci maddəyə aşağıdakı məzmunda ikinci
cümlə əlavə edilsin:
“Həmin
şəxsin barəsində həbs qətimkan tədbiri Azərbaycan
Respublikasının sorğu edilən cinayət təqibi
orqanının vəsatəti və Azərbaycan
Respublikasının Baş prokuroru tərəfindən
müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında
məhkəmə nəzarətini həyata keçirən məhkəmə
tərəfindən tətbiq edilə bilər.”;
9.2.
495.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“495.2.
Verilməsi üçün şəxsin həbsə
alınması bu Məcəllənin 157-ci maddəsində nəzərdə
tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.”.
9.3.
495.3-cü maddədə “Zəruri” sözü “Təxirəsalınmaz”
sözü ilə əvəz edilsin.
9.4. aşağıdakı məzmunda 495.3-1-ci maddə
əlavə edilsin:
“495.3-1. Rəsmi
müraciət alınanadək şəxsin həbsə
alınması barədə xarici dövlətin sorğu edən
səlahiyyətli hakimiyyət orqanının vəsatəti
olduqda və ya alınmış rəsmi müraciətə həbsə
alma haqqında qərarın təsdiq edilmiş surəti əlavə
olunmadıqda şəxsin verilməsi üçün həbsə
alınması yalnız onun verilməsi üçün kifayət
qədər ciddi əsasların mövcudluğunun məlum
olduğu hallarda mümkündür.”;
9.5.
495.5-ci maddədə “həbsə alınmış” sözləri
“tutulmuş” sözü ilə, “442-454-cü” sözləri
“449-451-ci” sözləri ilə əvəz edilsin;
9.6.
Aşağıdakı məzmunda 495.6-cı, 495.7-ci və
495.8-ci maddələr əlavə edilsin:
“495.6. Şəxsin cinayət təqibinin həyata
keçirilməsi məqsədi ilə verilməsi
üçün həbsə alınmasından şikayət
verməsi və ona baxılması ilə bağlı məsələlər
bu Məcəllənin 452-453-cü maddələrində
müəyyən edilmiş qaydada həyata keçirilir.
495.7.
Verilməsi üçün tutulmuş və həbs
edilmiş şəxs, barəsində prosessual məcburiyyət
tədbirləri tətbiq edilən şəxsin bu Məcəllə
ilə müəyyən edilmiş hüquqlarına malikdir.
495.8. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi
üçün şəxsin həbsə alınması
müddəti bu Məcəllənin 158-ci maddəsində nəzərdə
tutulmuş qaydada müəyyən edilir. Bu müddət şəxsin
verilməsinə dair rəsmi müraciətə əlavə
edilmiş həbsə alma haqqında qərarda
nəzərdə tutulan müddətdən çox ola bilməz.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
başqa hal nəzərdə tutulmamışdırsa, verilməsi
üçün şəxsin həbsə alınması
müddətinin uzadılması bu Məcəllənin 159-cu
maddəsində nəzərdə tutulmuş qaydada həyata
keçirilir.”.
10.
496-cı maddə üzrə:
10.1.
496.4.3-cü maddənin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 496.4.4-cü maddə əlavə
edilsin:
“496.4.4.
“Cinayət törətmiş şəxslərin verilməsi
(ekstradisiya) haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş digər hallarda.”;
10.2.
496.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“496.5.
Şəxsin verilməsi xahişi ilə müraciət
etmiş xarici dövlətin sorğu edən səlahiyyətli
hakimiyyət orqanı şəxsin verilməsi
üçün zəruri məlumatları təqdim etmədikdə,
habelə “Cinayət törətmiş şəxslərin
verilməsi (ekstradisiya) haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş digər
hallarda şəxsin verilməsindən imtina edilə bilər.”.
11. 497-ci
maddə üzrə:
11.1.
497.1-ci maddədə “Bu” sözü “Verilməsi məqsədi
ilə tutulmuş şəxs tutulduğu andan 48 saat müddətində
həbs edilmədikdə, yaxud bu” sözləri ilə, “onun
tutulduğu andan 48 saat müddətində” sözləri “həmin
müddətdə” sözləri ilə əvəz edilsin;
11.2.
497.2-ci maddədə “Bu Məcəllənin 495.1-ci maddəsinə
əsasən verilməsi” sözləri “Verilməsi”
sözü ilə əvəz edilsin, “qəbul etdikdə”
sözlərindən sonra “, yaxud həbs qətimkan tədbirinin
bu Məcəllə ilə müəyyən edilən müddəti
başa çatdıqda və uzadılmadıqda” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 20 oktyabr
2015-ci il
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 2.