Azərbaycan ilə
Yaponiya arasında əlaqələrin
inkişafı məsələləri müzakirə olunub
Noyabrın
3-də Azərbaycan Respublikası Baş nazirinin müavini
Elçin Əfəndiyev Yaponiyanın ölkəmizdəki səfiri
Tsuquo Takahaşi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə son illər Azərbaycan-Yaponiya dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər məmnunluqla qeyd edilib, mədəniyyət, ədəbiyyat, elm, təhsil sahələrində əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Səfir Tsuquo Takahaşi Azərbaycanda digər sahələr kimi mədəniyyətin, elmin, təhsilin, idmanın inkişafına da böyük qayğı göstərildiyini, ölkəmizin bu sahələrdə də diqqətəlayiq uğurlar qazandığını xüsusi vurğulayıb, Yaponiyanın bundan sonra da Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə maraqlı olduğunu bildirib.
Baş nazirin müavini Elçin Əfəndiyev ölkəmizdə də Yaponiya ilə əməkdaşlığa, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb və Azərbaycan ilə Yaponiya arasında mədəniyyət, elm, təhsil sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər
müzakirə olunub.
AZƏRTAC
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 3.