Omanda İSESCO mədəniyyət
nazirlərinin Konfransı çərçivəsində sərgi
açılıb
Oman
Sultanlığının paytaxtı Maskat şəhərində
keçirilən İSESCO mədəniyyət nazirlərinin
9-cu İslam Konfransı çərçivəsində
qurumun fəaliyyətini əks etdirən fotoşəkillərdən
və çap məhsullarından ibarət sərgi
açılıb.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif dövrlərdə İSESCO-nun keçirdiyi və iştirak etdiyi bir sıra tədbirlərdən fotoşəkillərdən ibarət lövhələr öz əksini tapıb. Həmçinin, İSESCO-nun hesabat xarakterli bir sıra çap məhsulları, eləcə də Oman mədəniyyətini və turizm imkanlarını özündə əks etdirən bir neçə kataloq və broşürlar da sərgidə nümayiş olunub.
Qeyd edək ki, sərginin mədəniyyət paytaxtları bölməsində Azərbaycan Prezidenti İlham Əliyevə 2009-cu ildə təqdim edilən xüsusi lövhənin fotoşəkilləri, həmçinin İSESCO baş direktoruna Prezident tərəfindən təqdim edilən ordenin fotoşəkilləri öz əksini tapıb.
Sərgidə İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoları yer alıb.
İSESCO mədəniyyət nazirlərinin 9-cu
İslam Konfransı noyabrın 4-dək davam edəcək.
Azərbaycan.- 2015.- 4 noyabr.- S. 8.