Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.
Bu yolun yenidən qurulması üçün 2013-cü ilin fevralında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5,5 milyon manat vəsait ayrılıb. Həmin ilin iyununda tikinti işlərinə başlanıb. Ümumi uzunluğu 28 kilometr olan yolun 24,5 kilometri artıq istismara hazırdır. Dördüncü texniki dərəcəli yolun eni 10 metrdir. Ərazidən asılı olaraq onun 6,5 metrini asfalt örtüyü, 3-4 metrini çiyin təşkil edir. Avtomobil yoluna 10 santimetr hündürlüyündə 2 qatdan ibarət asfalt-beton örtüyü döşənib.
Yolun əhəmiyyətini artıran əsas amil onun 12 yaşayış məntəqəsini birləşdirməsidir. Bu isə 15,6 min insanın rahatlığını təmin edəcək.
Prezident İlham
Əliyevə Zaqatala şəhərinin
28 May və Qarabağ
küçələrində aparılan yenidənqurma və
bərpa işləri barədə də məlumat verildi. Görülən işlər 2011-ci ildən
həyata keçirilən layihənin - Zaqatala
şəhərinin qədim hissəsinin – tarixi
mərkəzinin bərpası və yenidən qurulması
layihəsinin davamıdır. Bu ərazidəki binaların böyük
əksəriyyəti XIX əsrdə inşa
edilib. 2014-cü ildən başlanılan
yenidənqurma və bərpa işləri çərçivəsində
28 May və Qarabağ
küçələrində 60-dan çox
yaşayış binasında, sahibkarlıq obyektlərində
bərpa işləri aparılıb, 5400 kvadratmetr
asfalt örtüyü
salınıb, yağış sularının
axıdılması üçün arxlar qazılıb, yaşıllıq və
işıqlandırma işləri görülüb.
Binaların fasadları təbii çay
daşı və kərpiclə üzlənib ki,
bu da əraziyə xüsusi gözəllik verir.
Burada
dövlətimizin başçısına, həmçinin
Zaqatala rayonunun Yuxarı Tala və Aşağı Tala kəndlərinin
və Zaqatala şəhərinin ərazisindən keçən
avtomobil yolunun genişləndirilməsi və
abadlaşdırılması işləri barədə məlumat
verildi.
İcra
olunan layihələrlə tanışlıqdan sonra Prezident
İlham Əliyev Zaqatala - Danaçı - Aşağı
Çardaxlar avtomobil yolunun rəmzi
açılışını bildirən lenti kəsdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 4 noyabr.- S.1.