Yevlax-Balakən magistralının genişləndirilməsi işləri ilə tanışlıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Yevlax-Balakən magistral yolu üzərində yerləşən, Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış olub.

Dövlət başçısına məlumat verildi ki, əsaslı təmir zamanı Yuxarı Tala kəndinə girişdə yol qovşağı inşa edilib, ərazi abadlaşdırılıb. Ümumilikdə, 4 kilometr uzunluğu olan yolda görülən işlər çərçivəsində müasir dayanacaqlar qoyulub, işıqlandırma sistemi quraşdırılıb. Hazırda yolun digər hissələrinin genişləndirilməsi və abadlaşdırılması işləri davam etdirilir.

Dövlət başçısı işlərin yüksək səviyyədə görülməsi üçün tapşırıq və tövsiyələrini verdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 5 noyabr.- S. 3.