Prezidentin Mətbuat Xidmətinin
məlumatı
Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin noyabrın
4-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rusiya Federasiyasının
Prezidenti Vladimir Putin dövlətimizin
başçısını Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı
qələbəsi münasibətilə
təbrik edib, Prezident İlham Əliyevə fəaliyyətində
yeni-yeni uğurlar, Azərbaycan xalqına firavanlıq arzularını
çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev göstərilən diqqətə
və təbrikə görə Rusiya Federasiyasının Prezidentinə
minnətdarlığını bildirib.
Dövlət
başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan
dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə
edib, əlaqələrimizin bundan sonra da
möhkəmlənəcəyinə əmin olduqlarını
bildiriblər.
Azərbaycan.- 2015.- 5 noyabr.- S. 1.