Geniş tərkibdə görüş
Noyabrın
5-də Tbilisidə təkbətək görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti
Giorgi Marqvelaşvilinin geniş tərkibdə
görüşü olub.
Gürcüstan Prezidenti Giorgi MARQVELAŞVİLİ dedi:
- Zati-aliləri cənab Prezident.
Hörmətli nümayəndə heyəti.
İcazə verin, Sizi Tbilisidə
bir daha ürəkdən salamlayım. Bu səfəri mən şəxsən çox intizarla gözləyirdim.
Bizim mehriban qonşuluğumuz və strateji əməkdaşlığımız nümunəvidir.
Cənab
Prezident, mən əminəm ki, Sizin bu
rəsmi səfəriniz
Azərbaycan və Gürcüstan əlaqələrinin
dərinləşməsinə yeni təkan verəcək.
X X
X
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
- Çox sağ
olun, hörmətli cənab Prezident.
Göstərilən qonaqpərvərliyə görə
Sizə minnətdaram. Yenidən Gürcüstanda
olmağımdan çox
məmnunam. Əminəm ki, səfərimin nəticələri iki ölkə arasındakı
əlaqələrin inkişafına
çox müsbət
təsir göstərəcək.
Bizim üçün
Gürcüstan çox
yaxın ölkədir,
strateji tərəfdaşdır. Biz müxtəlif sahələrdə
uğurla əməkdaşlıq
edirik və bu əməkdaşlıq
getdikcə daha da dərinləşir.
Çox
istəyirik ki, ikitərəfli əlaqələr
daha da sürətlə
inkişaf etsin və bütün sahələri əhatə
etsin.
Gündəlikdə duran məsələlər
çoxdur. Hər məsələ ilə bağlı konkret proqramlar var və icra
mexanizmləri də mövcuddur. İndi biz bu
məsələləri geniş
tərkibdə məmnuniyyətlə
müzakirə edəcəyik.
X X
X
Görüşdə iqtisadiyyat, infrastruktur, energetika, dəmir yolu, humanitar və digər sahələrdə əməkdaşlığın
perspektivləri ətrafında
müzakirələr aparıldı.
AZƏRTAC
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 2.