F.M.Əliyevə və R.S.İsmayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətlərinə görə Fuad Məmməd-Hüseyn oğlu Əliyevə və Rauf Səməd oğlu İsmayılova “Əməkdar mühəndis” fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 noyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 6 noyabr.- S. 4.