Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 478; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddələr 237, 241; 2003, ¹ 1, maddə 11, ¹ 6, maddə 256, ¹ 8, maddə 423; 2004, ¹ 2, maddə 59, ¹ 6, maddə 415, ¹ 10, maddə 761; 2006, ¹ 2, maddə 67, ¹ 6, maddə 478, ¹ 8, maddə 657, ¹ 11, maddə 932; 2007, ¹ 1, maddə 3, ¹ 8, maddə 745; 2008, ¹ 5, maddə 348, ¹ 6, maddə 460, ¹ 8, maddə 707, ¹ 12, maddə 1048; 2009, ¹ 2, maddə 36; 2012, ¹ 6, maddə 497; 2013, ¹ 6, maddə 621; 2015, ¹ 3, maddə 244, ¹ 4, maddə 358) 56-cı maddəsinin 2-ci hissəsinin dördüncü cümləsinə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 6 noyabr.- S. 5.