“Torpaq
bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 390; 2002, ¹ 5, maddə 241; 2003, ¹ 1, maddələr 11, 13; 2006, ¹ 6, maddə 478, ¹ 8, maddə 657; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə 571; 2008, ¹ 5, maddə 348, ¹ 12, maddə 1048; 2012, ¹ 6, maddə 504; 2014, ¹ 3, maddə 235; 2015, ¹ 3, maddə 245) 8-ci maddəsinin 1-ci hissəsinin ikinci cümləsinə “vətəndaşlarının mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 5.