Azərbaycan
Respublikası hökuməti ilə Argentina
Respublikası hökuməti arasında mədəniyyət
sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Argentina Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında 2015-ci il sentyabrın 22-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Argentina Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 6.