Azərbaycandakı
xarici ölkələrin hərbi
attaşeləri Hərbi Dəniz Qüvvələrinin
bazasında olublar
Azərbaycanın
müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq
etdiyi illik fəaliyyət planına əsasən, xarici
dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi
attaşeləri noyabrın 5-də Hərbi Dəniz Qüvvələrinin
bazasında olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi qarşılayıb. İlk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında ucaldılmış abidəsi ziyarət olunub.
Hərbi attaşelərə Hərbi Dəniz Qüvvələri və onun yaranma tarixi barədə ümumi brifinq təqdim olunub, qonaqlar ətraflı məlumatlandırılıb.
Qərargaha, hərbi gəmilərə baş çəkən hərbi attaşelər buradakı hərbi texnikaya baxıb və şəxsi heyət üçün yaradılan şəraitlə maraqlanıblar. Matros yeməkxanaları, yataqxanaları və məşğələ otaqlarında olan attaşelər buradakı şəraitdən məmnun qaldıqlarını ifadə ediblər.
Hərbi attaşelər yüksək səviyyədə
qarşılandıqlarına görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 8.