Azərbaycan-Qazaxıstan hərbi-texniki əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin Baş naziri Kərim Məsimov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Eyni zamanda, ölkələrimizin müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.

 

Azərbaycan.- 2015.- 6 noyabr.- S. 8.