Azərbaycanın
təhsil naziri fransalı həmkarı ilə
görüşüb
UNESCO-nun
Baş Konfransının 38-ci sessiyası çərçivəsində
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov fransalı həmkarı Najat Valo-Belkasem ilə
görüşüb.
Nazirlər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar.
İkili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 9.