Nazir Ali Asghar FANİ: “İranın və Azərbaycanın
təhsil sahəsində zəngin təcrübələri var”
İranın və Azərbaycanın təhsil sahəsində zəngin təcrübələri var və hər iki ölkə bu təcrübələri bölüşməyə hazırdır.
UNESCO-nun Baş Konfransının 38-ci sessiyasında iştirak edən İranın təhsil naziri Ali Asghar Fani bu fikri AZƏRTAC-a müsahibəsində deyib. Nazir vurğulayıb ki, İran və Azərbaycan arasında möhkəm tarixi əlaqələr var. Hər iki ölkənin münasibətləri gündən-günə inkişaf edir.
Ölkələrimizin prezidentlərinin
ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə
önəm verdiklərini qeyd edən
iranlı nazir azərbaycanlı həmkarı
ilə təhsil sahəsində əməkdaşlığın
daha da genişləndirilməsi
imkanlarını müzakirə etdiklərini vurğulayıb.
Azərbaycan.- 2015.- 6 noyabr.- S. 9.