J.Qolubitskaya: Ölkələrimiz arasında
nəinki dostluq və anlaşma,
həm də əməkdaşlıq var
Rusiyanın
“Moskovski komsomolets” qəzetinin müxbiri Janna Qolubitskaya
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI
Forumunun işində iştirak edib və təəssüratlarınıAZƏRTAC-ın
müxbiri ilə bölüşüb.
O
deyib: “Həmişə olduğu kimi, Azərbaycan tərəfi
təşkilati dəqiqliyi və qonaqpərvərliyi ilə
seçilib: RAGB-in VI Forumu çərçivəsində
bütün tədbirlər hərtərəfli
hazırlanıb. Hər şey elə
düşünülüb ki, Forum nümayəndələri
tematik seksiyaların iclasları arasında dincəlməyə
imkan tapsınlar, axı gənclərin böyük
toplantısının iştirakçıları Rusiyanın
bütün regionlarından, habelə Azərbaycandan gəliblər”.
Məlum
olduğu kimi, Forumun keçirildiyi gün Misirdə sərnişin
təyyarəsi qəzaya uğrayıb və Rusiya vətəndaşları
həlak olublar.
Ölkədə
matəmin növbəti gün elan edilməsinə baxmayaraq,
RAGB-in sədri forum iştirakçıları
üçün konserti təxirə salmağı qərara
aldı.
Janna
Qolubitskaya RAGB-in sədri Leyla Əliyevaya həssas münasibətinə
görə xüsusilə təşəkkür edib. O deyib:
“Qardaş xalqın kədəri səmimi idi. Gözü,
qulağı və qəlbi olan insan boş bəyanatı əsl
canıyananlıqdan hər zaman seçə bilər. Mən
orada olan azərbaycanlıların gözlərinin
yaşardığını gördüm. Mən də
Xocalı qurbanlarının xatirə axşamında ağlayırdım.
Axı biz hamımız canlı insanlarıq! Hələ ki
canlıyıq. Əgər bir-birimizin müsibətinə
sevinməyə başlasaq, onda bu kiçik Yer kürəsi
çox tezliklə məhv olacaq”.
Buna baxmayaraq Forum bütün elan edilən iclasları öz qaydasında başa çatdırdı. Janna Qolubitskaya, həmçinin seksiyaların işində fəal iştirak edib, çıxışlarında Azərbaycanın çox gözəl turizm imkanlarının, demək olar ki, Rusiyada tanınmamasına heyrətini və təəssüfünü bildirərək, Bakıya və Azərbaycanın bəzi rayonlarına bir neçə səfərinin təəssüratlarını bölüşüb. J.Qolubitskaya hesab edir ki, indiki iqtisadi və siyasi vəziyyətdə, məsələn, “Şahdağ” dağ-xizək bazası olduqca bahalı Alp və Pireneyə real alternativ ola bilər. “Burada qış istirahəti üçün nümunəvi şərait yaradılıb. Bundan əlavə, Azərbaycan həm də əla Xəzər çimərlikləri, “Naftalan” müalicə nefti, qastronomik, enoqastronomik və ya ekoloji turizm nümunələri deməkdir”, - deyə o, əlavə edib.
J.Qolubitskaya hesab edir ki, “Azərbaycanın turizm məhsulları, əlbəttə ki, Rusiya turoperatorlarının təklifləri arasında mövcuddur, lakin daha çox ümumi siyahıda, fəal irəliləmə siyasəti olmadan. Bu gün Rusiyada səyahət jurnalistlərinin və turizm sahəsində ekspertlərin təşəbbüs qrupu yaradılıb. Bu qrup Azərbaycanın potensialı ilə tanışdır və informasiya boşluğunu doldurmağa hazırdır”.
J.Qolubitskaya RAGB-in Forumunun bütün iştirakçılarına və şəxsən Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-in sədri Leyla Əliyevaya Forumun gözəl təşkilinə görə təşəkkür edib.
AZƏRTAC-ın müxbirinin həmsöhbəti, həmçinin qeyd edib ki, Forumun seksiyasında onun çıxışından dərhal sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri seksiyadakı çıxışda səsləndirilən təkliflərə maraq göstəriblər və şəxsən nazir Əbülfəs Qarayevə çatdırmaq üçün təkliflərin tezislərini göndərməyi xahiş ediblər.
Janna Qolubitskaya sonda deyib: “Çox xoşagələn haldır ki, ölkələrimiz arasında nəinki dostluq və anlaşma, həm də əməkdaşlıq var.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2015.- 7 noyabr.- S. 5.