R.Abdulatipov: Dərbəndin yenidən
qurulmasında azərbaycanlı qardaşlarımızın böyük xidmətləri var
Dərbəndin yenidən qurulmasında və abadlaşdırılmasında azərbaycanlı qardaşlarımızın böyük xidmətləri var. Onların səyləri nəticəsində Dərbəndin Heydər Əliyev küçəsi başdan başa abadlaşdırılıb. Şəhərin inkişafına böyük dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm.
Rusiyanın Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun bu təşəkkürü Dərbənd şəhərinin 2000 illik yubileyi münasibəti ilə təşkil olunmuş təntənəli gecədə səslənib.
Moskvanın Kreml sarayında keçirilən “Dulus dairəsi: Dərbənd qalasından Kreml qapılarınadək” adlanan bayram proqramında Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlu da iştirak edib. Dərbəndliləri yubiley münasibəti ilə təbrik edən Polad Bülbüloğlu “Qorxma, mən səninləyəm” filmindən və böyük Dağıstan şairi Rəsul Həmzətovun sözlərinə yazılmış “Dolalay” mahnılarını ifa edib.
Yubiley tədbirində Rusiya və Moskva hökumətinin
nümayəndələri, tanınmış siyasi
və ictimai xadimlər iştirak
ediblər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 7 noyabr.- S. 5.