Türk sözünün möhtəşəm abidəsi – “Kitabi-Dədə Qorqud

 

Noyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqudun elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuşEposetnos” adlı beynəlxalq simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, simpozium Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.

Sipoziumda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, beynəlxalq simpozium Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.

İsa Həbibbəyli bütün türk dünyasının həmişəyaşar abidəsi sayılan “Kitabi-Dədə Qorqudeposunun əsrlərdən bəri milli-mənəvi varlığımızın tərkib hissəsinə çevrilməsindən söz açaraq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib. Akademik vurğulayıb ki, ümummilli lider Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında” Fərman və 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalamaqla, həm də tarixi irsin qorunub saxlanmasında və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayıb. 2000-ci ildə “Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilməsini diqqətə çatdıran natiq, abidənin tədqiqat tarixində yeni mərhələnin başlanğıcı olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin milli ruhda tərbiyə olunmasına yönələn qayğının nəticəsidir.

Vurğulanıb ki, bu yaxınlarda Türkiyədə və Naxçıvanda bu istiqamətdə beynəlxalq simpoziumlar keçirilib, ilin sonunadək bu davam edəcək.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamını yüksək qiymətləndirərək bu tarixi sənədin azərbaycançılığın və türkçülüyün beynəlxalq aləmdə daha geniş tanıdılmasına xidmət etdiyini söyləyib.

Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin Bilik Fondu ilə birlikdə “Kitabi-Dədə Qorqudeposu ilə bağlı respublikanın müxtəlif rayonlarında müxtəlif mövzulu tədbirlərin təşkil olunmasını diqqətə çatdıran Dövlət müşaviri qeyd edib ki, ümumilikdə müvafiq mövzu ilə əlaqədar Azərbaycan alimlərinin 50-dək mühazirəsi dinlənilib, 100-dək orta ümumtəhsil məktəbində “Kitabi-Dədə Qorqudmövzusunda inşa müsabiqələri keçirilib.

Kamal AbdullyevKitabi- Dədə Qorquduun bir neçə dilə çevrilməsindən və bir sıra dillərdə nəşr olunmasından danışaraq, yaxın vaxtlarda bu istiqamətdə görüləcək işlərin daha da inkişaf etdiriləcəyini vurğulayıb.

Daha sonra Türkiyənin Ərdəhan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov və başqaları “Kitabi-Dədə Qorqud” dastanının xüsusiyyətləri, aparılan tədqiqatlar, görülən və görüləcək işlər barədə danışıblar.

Simpozium iki gün davam edəcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 7 noyabr.- S. 6.