Azərbaycanın
tarixi, mədəni irsinin
ermənilər tərəfindən dağıdılması
ilə bağlı hesabat
Ermənistanın
xarici işlər naziri Edvard Nalbandyanın UNESCO-nun Baş
Assambleyasının 38-ci sessiyasında yalan və təhriflərə
əsaslanan çıxışına cavab olaraq, “Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı
davam edən təcavüzü nəticəsində Azərbaycanın
tarixi və mədəni irsinin dağıdılması və
təhqir olunması” adlı hesabat hazırlanıb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hesabatda qeyd olunur ki, Ermənistan 1987-ci ilin sonlarından etibarən açıq şəkildə Azərbaycanın Dağlıq Qarabağ regionu ərazilərinə iddia edib və 230 minə qədər azərbaycanlı Ermənistandakı evlərindən zorla çıxarılıb. 1987-1989-cu illər ərzində Ermənistanda qadın, uşaq və ahıllar da daxil olmaqla 216 azərbaycanlı öldürülüb. 1991-ci ilin sonlarında Sovet İttifaqının süqutundan, Azərbaycanın və Ermənistan beynəlxalq aləmdə müstəqilliyinin tanınmasından az sonra Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi əməliyyatlar başlayaraq güc tətbiq etməklə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal edilib.
Qeyd edilir ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun, eləcə də Dağlıq Qarabağ regionundan uzaqda, Ermənistanla sərhəddə yerləşən Qazax rayonunun yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin 738 tarixi abidə, 83 min 500-dən çox eksponatla 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 mədəni resursla işğal olunması Azərbaycan üçün böyük mədəni itkiyə gətirib çıxarıb. Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və əhəmiyyətli sayda Alban məbədləri, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və tarixi Orta əsrlərə gedib çıxan bir sıra Alban məbədləri, VI əsrin Alban Müqəddəs Yakob və XIII əsrin Alban Xatirəvəng monastırları, Kəlbəcərdə XIII-XIV əsrlərin Lek qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri, karvansarayları və evləri, Ağdamda XIX əsrin məscidi, Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji yerləri, Füzulidə Neolit və Bürünc dövrlərinin yaşayış əraziləri, Bürünc dövrünün Çıraqtəpə və Qaraqhacı kimi yaşayış əraziləri, Ağdamda Orta dövrün Gavurqala yaşayış ərazisi, 5 Cəbrayılda Bürünc dövrünün İmanqazantəpə və Qışlaq qum təpələri, Kəlbəcərdə Bürünc dövrünün qaya rəsmləri, Xocalıda Bürünc və Dəmir dövrlərinin daş nekropolu, Sədərəkdə Bürünc dövrünün yaşayış sahəsi və nekropolu, Laçında Bürünc və Dəmir dövrlərinin qum təpələri, Daş dövrünün mağarası, Şuşada Bürünc və Dəmir dövrlərinin qum və daş qəbiristanlıqları, Zəngilanda XIII-XIV əsrlərin yaşayış ərazisi daxildir. Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.
Bildirilir ki, 1992-ci ilin mayındakı hərbi əməliyyatlardan dərhal sonra Şuşa şəhərində mədrəsələri ilə birgə Yuxarı və Aşağı Gövhərağa məscidi, Vaqif Mavzoleyi, Natavanın evi, karvansaray kimi arxeoloji abidələr dağıdılıb, yandırılıb və talan edilib. Digər şəhərlər üzrə, Ağdamın Əbdal və Gülablı kəndlərində “Pənah xan İmarəti” məscidlər kompleksi, Ağdam rayonunda Uğurlu bəy məzarlığı və Qurban Pirimovun ev muzeyi, Xocalıda XIV əsrə aid kurqanlar, Başlıbel və Otaqlı kəndlərində məscidlər, Kəlbəcərin Moz, Keşdağ və Yuxarı Ayrım kəndlərində qədim məzarlıqlar, Zəngilanın Qıraq Muşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Zəngilanın Babaylı və Şərifan, Cahangirbəyli kəndlərində orta əsr məzarlıqları, Qubadlı rayonunda Qayalı və Məmər kəndlərində qədim məzarlıqlar və məscid, Laçının Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim məzarlıq, Cəbrayılın Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim məzarlıq, Füzuli şəhərində məscidlər və Qoçəhmədli, Mərdmli, Qarğabazar kəndlərində, Xocavəndin məzarlıqları, Ağhullu, Kuropatkina, Düdükçü və Salakatin kəndləri və Xocavəndin Tuğ kəndində qədim məzarlıq, Tərtərin Ümüdlü kəndində qədim hamamlar, Sədərəkin Kərki kəndində məzarlıq dağıdılıb, yandırılıb və talan edilib.
Hesabata əsasən, Kəlbəcər rayonunda qədim sikkələr, qızıl və gümüş işləmələr, nadir və qiymətsiz daşlar, xalça və digər əl işlərindən ibarət nadir kolleksiyaya malik Tarix Muzeyi, Şuşa muzeyləri, Laçın Tarix Muzeyi, Ağdam Tarix və Qida Muzeyindəki sərgi nümunələri digər dövlətlərdə satışa çıxarılıb. Şairə Natəvanın, bəstəkar Üzeyir Hacıbəylinin və ifaçı Bülbülün tunc heykəlləri Azərbaycan hökuməti onları 500 min dollar qiymətinə almayacağı təqdirdə, Gürcüstanda metal parçası kimi satılacaqdı. Həmçinin Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda Sotheby`s auksionunda 80 min dollara satılıb.
Həmçinin hesabatda Ermənistanda
olan Azərbaycan tarixi
abidələrinin də eyni aqibəti
yaşadığı bildirilir. Qeyd edilir ki,
Azərbaycanın orta əsr şəhərlərindən
biri İrəvandakı (hazırda Yerevan) Dəmirbulaq məscidi yer
üzündən silinib, Göy
məscid isə orijinal xüsusiyyətlərinin
dəyişdirilməsi məqsədilə “yenidən təmir
edilib”. Dağıdılmış
arxitektura abidələri arasında XVIII əsrin
ikinci yarısında Qara
Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi
və Səfəvi və Qacar dövrünün qiymətli saray
arxitektura nümunəsi olan
“Sərdar sarayı” və ya “Xan sarayı” saraylar kompleksidir. İrəvanın Sərdar məscidi
(bəzən Abbas Mirzə məscidi
adlandırılır) də sistemli
dağıntıya məruz qalıb və 2014-cü ildə
tamamilə məhv edilib. Ermənistanda Cəfərabad
(ad Argavand adı ilə
dəyişdirilib) kəndində 1413-cü ildə tikilmiş Əmir Saad mavzoleyi də dağıdılmış abidələr
sırasındadır. Mavzoleyin Azərbaycana məxsusluğu əlamətinin aradan 8 qaldırılması üçün
üzərində ərəb dilində yazılmış “Pir Budaq xanın hakimiyyəti
dövründə Əmir Pir Hüseynin əmri ilə tikilmişdir”
sözləri silinərək, abidənin adı “Türkmən
Əmirləri ailəsinin mavzoleyi”
adlandırılıb. Həmçinin Ermənistanda olan qədim və yeni Azərbaycana
məxsus qəbiristanlıqlar məhv edilib.
İşğal edilmiş
ərazilərdə olduğu kimi, Azərbaycanın Ermənistanda olan tarixi yerlərində
toponimlərin orijinal xarakteri
dəyişdirilib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 7 noyabr.- S. 7.