Azərbaycan Prezidenti İlham Əliyev
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibinin
başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybus ilə 4 il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəmizə bu səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını dedi. Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir. Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd etdi.
Ölkəmizə ötən səfərini
məmnunluqla xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin
Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində
Kosovoda, İraqda,
hazırda isə Əfqanıstanda uğurla
əməkdaşlıq etdiyini
vurğuladı, treninqlərin, qarşılıqlı təcrübə
mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın
önəmini qeyd etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 8 noyabr.- S. 1.