Kambocanın Kralı Əlahəzrət
Norodom Sihamoniyə
Əlahəzrət,
Ölkənizin milli bayramı
– Müstəqillik günü
münasibətilə Sizə
və Sizin
simanızda bütün
xalqınıza öz
adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi
yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Kamboca münasibətləri xalqlarımızın
iradəsinə uyğun
olaraq bundan sonra da dostluq
və əməkdaşlıq
ruhunda inkişaf edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Kamboca xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 noyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 8 noyabr.- S. 1, 3