Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994,  ¹ 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 11, maddə 687; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 3, maddə 223; 2010, ¹ 11, maddə 936; 2013, ¹ 5, maddə 464; 2014, ¹ 11, maddə 1334) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 38-ci maddəsinə “vermək” sözündən sonra “, 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək” sözləri əlavə edilsin.

 Maddə 2. Bu qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 11 noyabr.- S. 4.