“Ədliyyə
orqanlarında qulluq keçmə
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 586; 2007, ¹ 1, maddə 1, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1078, 1081; 2008, ¹ 3, maddə 155, ¹ 6, maddə 481, ¹ 8, maddələr 694, 710; 2009, ¹ 6, maddə 399, ¹ 11, maddə 878; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 273, ¹ 11, maddə 944; 2011, ¹ 2, maddələr 71, 72; 2012, ¹ 11, maddə 1040) 35.10-cu maddəsində “mükəlləfiyyət qeydiyyatından” sözləri “qeydiyyatdan” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 11 noyabr.- S. 5.