Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 567; 2002, ¹ 12, maddə 703; 2004, ¹ 6, maddə 414; 2005, ¹ 10, maddə 873; 2008, ¹ 3, maddə 155; 2009, ¹ 6, maddə 399; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.4-cü maddənin ikinci cümləsində “Diplomatik rütbələr” sözləri “Bu Qanunun 11-ci maddəsinin müddəaları nəzərə alınmaqla, diplomatik rütbələr” sözləri ilə əvəz edilsin.

2. 11.2-ci maddədə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, habelə” sözləri əlavə edilsin.

3. 18.1-ci maddədə “şəxslər” sözündən sonra “xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2015-ci il

 

Azərbayxcan.- 2015.- 11 noyabr.- S. 5.