Azərbaycan Milli Onkologiya Mərkəzində xəstələrə göstərilən tibbi xidməti Qərb standartlarına cavab verir

 

Tam əminliklə deyərdim ki, Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən tibbi xidməti Qərb standartlarına tamamilə cavab verir.

Bu sözləri Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Hayrettin İvgin AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Professor Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin səyi nəticəsində klinikanın artıq dünya miqyasında tanındığını bildirib.

Mərkəzlə tanış olduğunu deyən türkiyəli qonaq Milli Onkologiya Mərkəzinin əməkdaşları tərəfindən ölkədə bədxassəli şişlərin erkən diaqnostikası və onkoloji xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılmasının yüksək səviyyədə olduğunu da qeyd edib.

 

Azərbaycan.- 2015.- 11 noyabr.- S. 6.