Tuncer Gülensoy: Azərbaycan Milli Onkologiya Mərkəzi ən müasir avadanlıq və dərman preparatları ilə təmin olunub

 

Azərbaycan Milli Onkologiya Mərkəzi ən müasir avadanlıq və dərman preparatları ilə təmin olunub.

Bunu Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru Tuncer Gülensoy AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Bildirib ki, son illərdə Azərbaycanda həkimlərin gənc nəsli arasında onkologiya sahəsinin öyrənilməsinə, bu sahədə təcrübə qazanılmasına və öz biliklərinin təkmilləşdirilməsinə maraq artıb. Bu, bizi sevindirməyə bilməz.

Professor müsahibəsində xəstələrə məsləhət görüb ki, onlar xəstəliyin başlanğıc mərhələsində həkimə müraciət etsinlər. Bu, xərçəng xəstəliyinin bəzi formalarının sağalması ehtimalını xeyli artırır.

T.Gülensoy deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzisinin xərçəngi, kişilər arasında isə ağciyər, traxeya və bronxların xərçəngi xəstəliklərinə çox rast gəlinir. Bu xəstəliyin qarşısının alınması üçün profilaktik tədbirlər keçirilməsini zəruri hesab edirəm. Profilaktik tədbirlər və müalicə üçün Azərbaycanda bütün şərait vardır”.

 

Azərbaycan.- 2015.- 11 noyabr.- S. 6.