Nail Tan:
Bakıdan onkoloji xəstələrin
Türkiyəyə getmələrinə ehtiyac
yoxdur
Bakıdan onkoloji xəstələrin müalicə üçün Türkiyəyə getmələrinə, oradan da həkimlərin Azərbaycana gəlmələrinə heç bir ehtiyac yoxdur. Əksinə xarici ölkələrdən onkoloji xəstələr Azərbaycan Milli Onkologiya Mərkəzinə gələrək şəfa tapa bilərlər.
Bu sözləri Bakıda səfərdə olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü, professor Nail Tan AZƏRTAC-a müsahibəsində deyib.
Türkiyəli professor qeyd edib ki, hətta türk mütəxəssisləri bu şəfa ocağında - ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilmış Milli Onkologiya Mərkəzində çox şeyləri öyrənə bilərlər. Onun sözlərinə görə, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər: ”Burada quraşdırılan son texnoloji avadanlıqlar və öz işinin ustası olan peşəkarlar məni heyrətləndirdi”.
“Arzulayıram ki,
xərçəng kimi ağır xəstəliklərdən
əziyyət çəkən adamlar
azalsın, lakin bundan sonra bu xəstəlikdən
müalicə üçün mənə
müraciət etsələr, onları mütləq Azərbaycan
Milli Onkologiya Mərkəzinə
istiqamətləndirəcəm”, - deyə Nail
Tan bildirib.
Azərbaycan.- 2015.- 11 noyabr.- S. 6.