ETİMAD,
MƏSULİYYƏT, CƏZA
Xalqa xidmət missiyası
Kim nə deyir desin:
vəzifə şirin
şeydir!
Amma elə buradaca qeyd edək ki, vəzifəyə “şirin şey” kimi baxanlar da
ən böyük səhv edənlərdir!
Vəzifə ilk növbədə məsuliyyətdir, dövlətinə,
vətəninə, xalqına
xidmət üçün
verilən şansdır!
HAMIYA NÜMUNƏ OLAN ÖRNƏK
Bunları pafoslu cümlələr kimi söyləmirəm. Əgər
tapşırılan sahəni
irəli apara bilməmisənsə, mütərəqqi
yeniliklər tətbiq
etməmisənsə, qarşına
qoyulan vəzifəni uğurla, vicdan və yaradıcılıqla
yerinə yetirməmisənsə,
başçılıq etdiyin
kollektivin rifahını,
onların gördükləri
işin keyfiyyətini
yüksəltməmisənsə, bir sözlə, müsbətə doğru
heç bir inkişafa nail olmamısansa,
deməli işləməmisən,
işə can yandırmamısan!
Əslində, baş girləmisən!
Özünü, şəxsi marağını
düşünmüsən!
Tək bircə nümunə-misal
göstərmək istəyirəm:
Cənab İlham Əliyev
2003-cü ildə xalqın
etimadı ilə Azərbaycan rəhbərliyinə
gəldi. Xalqımız ona daha iki dəfə yüksək etimad göstərdi.
Gəlin
2003-cü il və 2015-ci il Azərbaycanını müqayisə
edək.
On iki ildə görülən
işləri ən yüksək tələbkarlıqla
qiymətləndirək!
Həm də bütün parametrlər üzrə: siyasi, iqtisadi, mədəniyyət, idman,
quruculuq sahəsində
görülən işləri
yada salaq!
Cənab İlham Əliyevin fəaliyyət istiqamətləri
və prinsipləri daim açıq olub. Hamı onun nə etdiyini görüb, görüş, nitq və çıxışlarında
mütəmadi olaraq hesabatlarını dinləyib.
Dövlət başçısının çoxşaxəli və
çoxcəhətli fəaliyyətini
lap qısa olsun deyə dörd şərti qrupa bölək:
* Dövlət müstəqilliyinin
möhkəmləndirilməsi;
* Xalqın rifahının durmadan yüksəldilməsi;
* Milli və dövləti
maraqların daim uca tutulması;
* Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli istiqamətində
göstərdiyi səylər.
Ulu öndər
Heydər Əliyevin “Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan
qat-qat çətindir”
fikrini əsas tutan cənab İlham Əliyev dövlət müstəqilliyini
qiymətləndirməyi və
qorumağı bacarıb. Bunun yollarını
hamıdan yaxşı
bilib və icra edib. İlk növbədə Azərbaycanın
iqtisadi müstəqilliyini
və gücünü
artırıb. Siyasi nüfuzunu
yüksəldib, 155 dövlətin
dəstəyi ilə
BMT Təhlükəsizlik Şurasının
üzvünə çevirib,
qurumun iclaslarına sədrlik edib. Bütün çətinliklərə
və təzyiq cəhdlərinə sinə
gərərək sərbəst,
yalnız dövlətin
maraqlarına əsaslanan
xarici siyasət yeridib!
Cənab İlham Əliyevin fəaliyyətinin baş prinsipi bütün məsələlərdə yalnız
milli və dövləti maraqları uca tutmaq olub. Bu mənada milli təhlükəsizliyin qorunması
da daim diqqət
mərkəzində saxlanılıb.
“Dövlət siyasətinin
mərkəzində Azərbaycan
vətəndaşı durur”
- söyləyən möhtərəm
İlham Əliyev fəaliyyətinin bütün
illərində bu tezisini də doğruldub. Düşünülmüş, sürətli və
davamlı inkişaf konsepsiyası əsasında
hazırlanan İnkişafın
Azərbaycan Modeli yalnız dövlətin iqtisadi gücünü artırmayıb, həm də ölkə vətəndaşının həyat
səviyyəsini yüksəldib.
Qaçqın və məcburi
köçkünlər hər
qayğı ilə əhatə olunub, onlara təqaüd və yardımlar verilib, iş yerləri yaradılıb,
90 müasir tipli qəsəbə və yaşayış kompleksi tikilərək təmirli mənzillərə köçürülüb.
Çadır şəhərcikləri isə qısa müddətdə tarixin arxivinə verilib.
Elə bir il olmayıb ki, əməkhaqları və
pensiyalar artırılmasın.
Son on ildə orta əməkhaqqının miqdarı
444,5 manata, orta aylıq pensiya 174 manata çatdırılıb. İşsizlik və yoxsulluq səviyyəsi on dəfədən
də çox azaldılıb.
Qısa müddətdə Azərbaycan
həm də idman dövləti kimi tanınıb, beynəlxalq yarışların
keçirildiyi məkana
çevrilib.
Milli və dövləti maraqlar xarici siyasətin əsas prinsipi olub. Transmilli layihələrin müəllifi və maliyyələşdirəni olan
Azərbaycan bütün
təsir və təzyiq cəhdlərini uğurla dəf edərək bu istiqamətdə də öz maraqlarını qoruya bilib. Beynəlxalq qurum və təşkilatlarla
əməkdaşlıqda, dövlətlərarası
ikitərəfli əlaqələrin
qurulmasında Azərbaycan
yalnız öz maraqlarını əsas tutub.
Müstəqillik dövründə həll
edə bilmədiyimiz yeganə problem Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsidir. Bu sahədə sistemli, ardıcıl, qətiyyətli
işlər görülür.
Doğrudur, beynəlxalq hüququn
işləməməsi, ikili
standartların mövcudluğu,
BMT Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi münaqişənin
sülh yolu ilə həllinə imkan verməyib. Lakin onun həlli
prinsipləri dəyişməz
olaraq qalır: “Azərbaycan bir qarış torpağını
belə kimsəyə
güzəştə getməyəcəkdir”,
“Azərbaycanın ərazi
bütövlüyü heç
zaman danışıqlar
mövzusu olmayacaqdır”.
Artıq ən müasir silahlarla silahlanmış Azərbaycan Ordusu cəbhə xəttində
vəziyyətə tam nəzarət
edir və istənilən zaman torpaqlarımızı işğaldan
azad etməyə qadirdir.
Dövlət başçısı sahibkarlığın
inkişafı sahəsində
də bütün zəruri addımları atıb. Kəndlilər on növ verginin
doqquzundan azaddır.
Fermerlərə məhsul istehsalına
görə digər güzəşt və yardımlar da göstərilir. Məsələn, taxıl istehsalı üçün subsidiya, güzəştli qiymətə
yanacaq, sürtkü yağları, mineral gübrələr,
hər cins buzova görə 100 manat pul verilir.
Sahibkarlar regionlarda yaradılan
aqrolizinq xidmətindən,
soyuducu və anbarlardan, güzəştli
kreditlərdən, pulsuz
suvarma sularından istifadə edirlər.
Dövlət başçısının
sərəncamı ilə
onlar 2 il
müddətində bütün
yoxlamalardan azad ediliblər.
Korrupsiyaya qarşı mübarizə
sahəsində də
ölkə Prezidentinin
iradəsi ortadadır. Korrupsiyaya qarşı
səmərəli mübarizə
məqsədilə beynəlxalq
tələblərə cavab
verən qanunçuluq
bazası yaradılıb,
Dövlət Komissiyası
təşkil edilib və prokurorluq sistemində xüsusi qurum formalaşdırılıb.
Ən əsası, korrupsiyaya ən tutarlı zərbə olaraq Azərbaycan brendi sayılan “Asan xidmət” fəaliyyətə
başlayıb və öz səlahiyyətlərini
getdikcə genişləndirməkdədir.
Göründüyü kimi, qeyri-adi inkişaf, qeyri-adi dəyişiklik, qeyri-adi yüksəliş!
Bu, ilk növbədə qeyri-adi işgüzarlığın və
məsuliyyətin nəticəsidir!
Həm də vətənə, xalqa, müstəqilliyə
qeyri-adi məhəbbətdən
doğur!
Özü nümunə olan
Prezidentin etimadı da ali etimad sayılır!
ƏSLİNDƏ,
VƏZİFƏ NƏDİR?
Vəzifə - xidmətdir!
Özünütəsdiqə söykənən xidmət.
Bu xidmətin ünvanı müstəqil dövlətindir,
vətənindir, millətindir!
Oxuduqlarına, öyrəndiklərinə, bildiklərinə arxalanaraq
yorulmadan çalışmalısan,
xidmət göstərməlisən!
Əqidənə sadiqliyini işdə
sübut etməlisən!
Ən əsası etimadı doğrultmalısan!
Vəzifə - etibardır!
Sənə inanıblar, sənə
arxayın olublar, nəsə edəcəyinə
ümid bəsləyiblər!
Bu inamı doğrultmağa borclusan! Şəxsi rifahını və marağını, istirahətini
düşünmədən!
Necə
istəyirsən et!
Amma sənə inananları məyus etmə!
Etibarını itirmə, gözdən
düşmə!
Tamahına qalib gəlməyi
bacar!
Vəzifə - komanda
kapitanlığı deməkdir!
Həm də bu kapitan
daha yüksək komandanın üzvü sayılır!
Komanda yüksək peşəkarlıqla,
saat kimi dəqiq işləməlidir!
Bunu isə kapitan təmin etməlidir!
Onun hər bir üzvü
ümumi qələbəyə
töhfə verməlidir,
can qoymalıdır!
Daha özünü düşünərək
meydançanın küncünə
çəkilməli deyil!
Heç
bir komanda üzvünün - istər
kiçik, istərsə
də böyük - verilən “pas”ları itirməyə haqqı yoxdur!
Bunu da yaddan çıxarmamalıdır!
Vəzifə - sədaqət sınağıdır!
Hər bir insan öz
yüksəlişində kiməsə
borclu olur!
Bu əllə alınan və qaytarılan borc deyil!
Bu sədaqət borcudur!
Sədaqətlilik həm də xalqımızın milli-mənəvi
dəyəridir.
Təəssüf ki, bir balaca yuxarıya qalxanlar, əli pul görənlər hərdən öz xeyirxahlarını unudurlar!
Nankorluq
edirlər!
Vəzifə nankorluğu daha
böyük bəladır!
Amma “müalicə”
olunandır.
Hətta
bəzən onu Allah-Təala özü “sağaldır”!
Unutmayaq, tapşırılan vəzifənin necə icra edilməsi də mühüm sədaqət göstəricisidir!
ƏDALƏT
TƏRƏZİSİ HƏMİŞƏ VAR
Etimadı doğrultmayanın ən ağır cəzası beləsinə bir daha etimad göstərməməkdir!
Deməli, mahiyyətini ortaya çıxardı, onun barəsində səhv etdiyini anlatdı!
Ağrılıdır, amma nə etməli - həyat belədir!
Bəzən insanlar nəfisləri qarşısında duruş gətirə bilmirlər...
Ən əvvəl onlara göstərilən etimadı unudurlar...
Etimada nankorluq, etibarsızlıq, hətta cinayət əməlləri ilə “cavab” verirlər. Bu məqamda düşünmürlər ki, bununla təkcə özlərinə yox, ətraflarında olanlara da ziyan gətirirlər.
Namusla, fədakarlıqla çalışaraq vəzifə borclarını vicdanla yerinə yetirənlərin üzərinə şübhə kölgəsi sala bilirlər!
Bəlkə də ən böyük cinayətlərindən biri elə bu olur!
Amma cəza qaçılmazdır! Geci-tezi var!
Heç nə gizli qalmır! Əvvəldən Allahın gördüyü həqiqətlər sonradan hamıya bəlli olur!
Belədə verilən cəza ən ədalətli cəza sayılır!
Adətən, cəzanın inzibati tərəfi etimadsızlığa əsaslanır, cinayət tərəfi isə məhkəmə hökmündə əksini tapır.
Doğmalara, dostlara, qohumlara, komanda üzvlərinə, iş yoldaşlarına gətirilən göz kölgəliyi, baş aşağılığı isə heç bir məcəlləyə sığmır!
Yəqin ki, cəzanın ən ağır hissəsi də elə budur!
Amma belə cəzalar, adətən, ədalətli
olur!
Prezidentin
cəzaları isə
qətiyyəti və
prinsipiallığı ilə
seçilir və daim ədalətlidir!
Bəli,
ədalət tərəzisi
həmişə var!
Vaxtı
çatanda görülən
işlər və əməllər ona qoyularaq qiymətləndirilir!
Bax, o günü heç vaxt unutmamaq lazımdır!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2015.- 12 noyabr.- S. 3.