Azərbaycan ilə İsveçrə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

 

Noyabrın 12-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştalder ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2015.- 13 noyabr.- S. 4.